“Jewish Journal” qəzeti: Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən
23.02.2016 [09:40]
ABŞ-ın Los-Ancelesdə nəşr olunan ən böyük yəhudi qəzetlərindən biri “Jewish Journal”da Azərbaycanın bu şəhərdəki baş konsulu Nəsimi Ağayevin “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə N.Ağayev Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qətliamı adlandırdığını bildirərək qeyd edir ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak ediblər.
Diplomat vurğulayır ki, Azərbaycanın apardığı ədalət mübarizəsi nəticəsində son illərdə artıq beynəlxalq aləm bu dəhşətli hadisənin öyrənilməsinə və tanınmasına böyük maraq göstərməkdədir. Baş konsul Meksikadan Sloveniyaya, Bosniya və Herseqovinadan Peruya qədər müxtəlif ölkələrin, eləcə də ABŞ-ın onlarla ştatının Xocalı faciəsini qətiyyətlə pislədiklərini qeyd edir. Müəllif, həmçinin İsrail Prezidenti Reuven Rivlinin 2015-ci ildə BMT Baş Assambleyasındakı çıxışı zamanı Xocalı soyqırımının Holokostdan sonra dünyanın qarşısını ala bilmədiyi soyqırımlarından biri olmasını qeyd etdiyini diqqətə çatdırır.
Baş konsul Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasına diqqət çəkərək, bir milyondan artıq azərbaycanlının öz yurd-yuvalarından didərgin salındığını qeyd edir. Diplomat Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycana ciddi ziyan dəyməsinə baxmayaraq, ötən illər ərzində ölkəmizin inkişaf edərək yerləşdiyi regionun ən böyük iqtisadiyyatına sahib olduğunu bildirir. Bunun müqabilində isə Ermənistanın zəiflədiyini və xarici yardımlardan asılı duruma düşərək öz suverenliyini və müstəqilliyini faktiki olaraq itirdiyini, 1991-ci illə müqayisədə əhalisinin az qala yarısının daimi olaraq Ermənistanı tərk etdiyini vurğulayır.
N.Ağayev qeyd edir ki, Ermənistanın bu dəhşətli cinayəti hər vəchlə inkar etməsinə baxmayaraq, Azərbaycan Xocalı qurbanlarına ədalət uğrunda mübarizəsini davam etdirir. Diplomat ABŞ Konqresinin də bu ədalət mübarizəsinə qoşulmasının, xüsusi qətnamə qəbul edərək bu qətliamı pisləməsinin vacib olduğunu bildirir.
Qeyd edək ki, “Jewish Journal” qəzeti ABŞ-da internet vasitəsilə ən çox oxunan yəhudi nəşridir və onun internet versiyasının aylıq 4,5 milyon oxucusu var.
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12

