Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü illik plenar iclası keçirilib
10.03.2016 [09:54]
Martın 8-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü illik plenar iclası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclası açan Kanadanın keçmiş Baş naziri Jan Çretyen Qarşılıqlı Fəaliyyət Şurasının yaranma tarixi və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, Qarşılıqlı Fəaliyyət Şurası və bu kimi digər qurumların əsas fəaliyyəti qlobal problemlərin həll olunmasına, xüsusilə də dünyada sülhün, sabitliyin bərqərar olmasına xidmət etməkdir. Sivilizasiyalar arasında əməkdaşlıq hər zaman qlobal təhlükəsizliyə töhfə verir.
Sabiq Baş nazir, həmçinin iclasa ev sahibliyi edən Azərbaycanla bağlı öz fikirlərini bölüşərək deyib: “Azərbaycan Avropa ilə Asiya arasında mədəniyyətlərin qovuşuğunda yerləşir. Düşünürəm ki, qonaqlar bu ölkədə mədəni zənginliyin şahidi olacaqlar”.
Diqqətə çatdırılıb ki, Forumun yekununda dünyaya daha yaxşı inkişaf üçün məsləhətlər planı hazırlanacaq. Əsl inkişafın əməkdaşlıqla mümkün ola biləcəyini deyən keçmiş Baş nazir bütün hökumətləri dəyişikliyə hazır olmağa çağırıb.
Çıxış edən moderator, ekologiya məsələləri üzrə ekspert Tomas Antoni Cons bildirib ki, iclasda gənclərin iş imkanları və digər vacib məsələlər müzakirə olunacaq. O qeyd edib ki, bu məsələlərin həllində gənclərə, gənc liderlərə kömək göstərilməlidir. Onların potensiallarından səmərəli istifadə edilməlidir.
İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayıl Serageldin dünyanın müxtəlif ölkələrinin liderlərinin terrorizm, qaçqın böhranı kimi qlobal məsələlərin birgə müzakirəsi üçün Bakıya toplaşdıqlarını vurğulayıb. O, həmçinin bildirib ki, daha yaxşı gələcək üçün dünyanın söz sahibləri aclıq, bərabərsizlik, işsizlik kimi qlobal problemlərin həllini təmin etməlidirlər. İ.Serageldin deyib: “Dünyanı yaxşılığa dəyişdirmək bizim əlimizdədir və biz bunu birlikdə edə bilərik. Bu gün dünyada terrorizm böyük təhlükə yaradır. Biz gənclərin daha yaxşı gələcək üçün ruhlandırılmasını, plüralizmi, qarşılıqlı hörməti və digər məsələləri təbliğ etməliyik. Yalnız yaradıcı ideyalar problemlərin aradan qaldırılması üçün töhfə verə bilər. Biz dünyanın yaxşı məcrada dəyişməsi üçün səylərimizi davam etdirəcəyik”.
Latviya Respublikasının keçmiş Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Freyberqa Şuranın növbəti iclasında çıxış etməkdən məmnunluq duyduğunu bildirib. Əsas mövzunun gənclərin işsizliyi probleminin və sağlamlıq məsələlərinin olduğunu deyən keçmiş Prezident bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə işləməklə daha geniş sahədə inkişafa töhfə vermək mümkündür. O bildirib ki, gələcək üçün çox faydalı müzakirələrimiz olacaq.
Azərbaycanın dahi şairi Nizami Gəncəvinin irsi barədə danışan Vayra Vike-Freyberqa onun yaradıcılığında yer alan yüksək humanizm ideyalarının Qərb və Şərq ədəbiyyatına xüsusi təsiri olduğunu qeyd edib.
İrlandiyanın keçmiş Baş naziri Berti Aherin bildirib ki, Şura 33 il bundan əvvəl yaranıb, bəşəriyyətin üzləşdiyi problemlərin həlli yollarının araşdırılması üçün töhfələrini verib. İqtisadi, maliyyə böhranları, iqlim dəyişikliyi, enerji problemi hər hansı bir ölkə tərəfindən təkbaşına həll edilə bilməz. Bunun üçün birləşmək, müzakirələr aparmaq önəmlidir. Biz dəfələrlə dünyanın bir çox ölkələrindən olan alimlərlə bir araya gələrək insanlığın üzləşdiyi problemlərin həlli yollarını müzakirə etmişik. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Nigeriyanın sabiq Prezidenti, Şuranın həmsədri Olusegun Obasanjo Afrikada mövcud olan problemlərə toxunaraq ilk növbədə qida çatışmazlığı, su problemi kimi mühüm məsələləri diqqətə çatdırıb. Sabiq Prezident deyib: “Bir milyarda yaxın insan su çatışmazlığı səbəbindən dünyasını dəyişir. Lakin elmin inkişafı ilə biz müasir dövrdə yeni texniki innovasiyaların əldə edilməsinə nail ola bilmişik. 2016-cı ildə də bu sahə üzərində işləmək önəmlidir. Planetimizin gələcək potensialının daha da zənginləşdirilməsi üçün dünya iqtisadiyyatında təhlükəsizliyin gücləndirilməsinə çalışmalıyıq. Qloballaşma iqtisadi gücün əsasıdır. Dünya Bankı, Beynəlxalq Maliyyə Fondu Afrikanın inkişafı üçün yardım göstərirlər. Düşünürəm ki, biz Afrikada olan mövcud potensialdan tam istifadə edə bilmirik. İnsan alveri hələ də bizim üzləşdiyimiz əsas bəladır”.
Yeni Zelandiyanın keçmiş Baş naziri Ceyms Bolger diqqətə çatdırıb ki, miqrasiya, işsizlik müasir dünyanın üzləşdiyi əsas problemlərdir. O, həmçinin təhsilin yüksək səviyyədə olmasının müasir dövrdə bir çox problemlərin həllində mühüm rol oynadığını qeyd edərək deyib: “Siyasi güc iqtisadi güclə bir-birini daim izləyir. Qarşılıqlı Fəaliyyət Şurası həqiqətən də bu problemlərin həllinə yardım edə bilər. Düşünürəm ki, təhsil hər bir ölkədə bu cür problemlərin aradan qaldırılmasında çox önəmlidir. Dünya elmi təbliğ etməlidir”.
Tədbirin təşkilinə görə minnətdarlığını bildirən keçmiş Baş nazir qeyd edib ki, Xəzər dənizinin sahilində yerləşən Bakı gözəlliyi ilə bizi heyran edir.
Çıxışlardan sonra gənc liderlərin iştirakı ilə “Gələcək Forum: Sabahın liderlərini ilhamlandıraq” mövzusunda müzakirələr aparılıb.
Plenar iclas işini martın 9-da davam etdirib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

