Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyadan yeni qərar: Yeniyetmələrə gecəyarısı sosial media qadağası gəlir

Britaniyadan yeni qərar: Yeniyetmələrə gecəyarısı sosial media qadağası gəlir

15.07.2026 [20:32]

Böyük Britaniyada yeniyetmələr üçün gecə saatlarında sosial mediadan istifadənin məhdudlaşdırılması planlaşdırılır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni təklifə əsasən, “Instagram”, “TikTok” və “YouTube” kimi platformalar gecə saat 00:00-dan səhər 06:00-dək 16-17 yaşlı istifadəçilər üçün standart olaraq qapalı olacaq. Bununla belə, yeniyetmələr hesab ayarlarını dəyişərək bu məhdudiyyəti ləğv edə biləcəklər.

Hökumət, həmçinin sosial şəbəkələrdə asılılıq yaradan "avtomatik video oynatma" (autoplay) kimi funksiyaların da standart olaraq deaktiv edilməsini təklif edir. Rəsmilərin fikrincə, bu addımlar yeniyetmələrin diqqətini artırmağa, yuxu keyfiyyətini yaxşılaşdırmağa və ailədaxili münasibətləri möhkəmləndirməyə xidmət edəcək.

Qeyd edək ki, bu təşəbbüs iyun ayında açıqlanan və Britaniyada 16 yaşından kiçik uşaqların bəzi sosial media platformalarından istifadəsini tamamilə qadağan edən planın davamıdır. 

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31