/ / Vacib məsələlərin müzakirə platformasına çevrilən IV Qlobal Bakı Forumu dünyaya yeni mesajlar çatdırdı
Vacib məsələlərin müzakirə platformasına çevrilən IV Qlobal Bakı Forumu dünyaya yeni mesajlar çatdırdı
12.03.2016 [12:02]
Bakıda keçirilən və vacib məsələlərin müzakirə platformasına çevrilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum martın 11-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Forumun “XXI əsrdə qurulmaqda olan çoxqütblü dünyanın münaqişələrindən necə yan keçməli?” mövzusundakı yekun plenar sessiyasının moderatoru, İspaniyanın sabiq xarici işlər naziri Karlos Vestendorp qlobal cəmiyyətdə dünya nizamının hazırkı vəziyyəti ilə bağlı böyük narahatlığın olduğunu vurğulayıb. O bildirib ki, dünya hazırda “soyuq müharibə” olmasa da, “soyuq sülh” deyilən dövrdə yaşayır. Sabiq xarici işlər naziri Bakı Forumunda müxtəlif məsələlər ətrafında, o cümlədən qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələrin aparıldığını bildirib.
Sessiyada çıxış edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, Forumun artıq dünya miqyasında mühüm məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini bildirib. Tədbirin uğurlarından məmnunluğunu bildirən əl-Tüveycri V Forumun daha genişmiqyaslı olacağına əminliyini ifadə edib. O, Bakı Forumunu fəal dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Dünyada mövcud problemlərin səmərəli idarəçiliyin olmaması səbəbindən yarandığını qeyd edən ISESCO-nun baş direktoru deyib ki, BMT Təhlükəsizlik Şurası özünün mühüm missiyasına baxmayaraq, problemlərin həlli qarşısında aciz qalıb. Məhz səmərəli idarəçiliyin olmaması və böyük güclərin fəaliyyətsizliyi nəticəsində hazırda dünyanın bir çox yerlərində humanitar fəlakət yaşanır, tarixi, mədəni irs məhv edilir. Buna görə də nəinki BMT Təhlükəsizlik Şurasında, bütövlükdə BMT-də mühüm islahatlar aparılmalıdır.
Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi belə mötəbər Forumu dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, dünyada münaqişələrin qarşısının alınmasında xalqlararası və dinlərarası dialoqun əhəmiyyətini vurğulayıb. Sabiq Prezident qeyd edib ki, münaqişələri həll etmək, onların qarşısını almaq üçün dinlərarası dialoq gücləndirilməli, din xadimləri arasında əlaqə inkişaf etdirilməlidir. Dünyada sülhün gələcəyinin dialoqdan asılı olacağını deyən P.Stoyanov bununla yanaşı, qadınların hüquqlarının qorunması, yoxsulluğun qarşısının alınması və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının da əhəmiyyətini xüsusi vurğulayıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç çıxışında Avropada miqrantlar probleminə toxunub. Avropanın ötən əsrin 60-cı illərində də miqrant axınına uğradığını vurğulayan Mladen İvaniç hazırda bu problemin miqyasının böyük olduğunu və qaçqınların əsasən zorakılıq və müharibə nəticəsində Avropaya üz tutduqları üçün problemin daha ciddi hal aldığını bildirib. O, bu problemin həlli üçün insanlar arasında etimadın yaradılması və qorxu hissinin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Dünyada etimadın yaradılması üçün dialoqun gücləndirilməsinin vacib olduğunu söyləyən M.İvaniç bu prosesdə də əsl liderlərə böyük ehtiyac olduğunu deyib. Miqrant probleminin həllində böyük dövlətlərin üzərinə daha mühüm vəzifələrin düşdüyünü vurğulayan Mladen İvaniç bildirib ki, onlar tezliklə bu barədə düşünməlidirlər. Çünki bu problem gec-tez bütün dövlətlərə təsir edəcək.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Forumun təşkilinə dəstəklərini yüksək qiymətləndirib. O, tədbirin təşkilində zəhməti olanlara, xüsusən gənc könüllülərə təşəkkürünü bildirib.
Sabiq Prezident Forumda aparılan fikir mübadilələrinin nəticələrindən danışaraq deyib ki, bütün insanlar qanunların, ədalətin hökm sürdüyü dünyada, müstəqil və təhlükəsizlik şəraitində yaşamaq istəyirlər. Ancaq hazırda bu sahədə ciddi problemlər var. Ona görə də həmin dəyərlər təşviq edilməli, burada səslənən çağırış və mesajları liderlər öz ölkələrinə çatdırmalıdırlar.
BMT-nin fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayan Vayra Vike-Freyberqa əsasən böyük dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyini bildirib. O qeyd edib ki, böyük dövlətlərin öz maraqlarını güdərək fəaliyyət göstərmələri digər dövlətlərin suveren hüquqlarını pozur. Ona görə də dünyada sülhü qorumaq üçün insanlar, ölkələr və təşkilatlar olaraq biz humanist ideyalara sadiq qalmalı, onu geniş şəkildə yaymalı, qarşılıqlı dialoqu gücləndirməliyik.
Müzakirələrə yekun vuran moderator Karlos Vestendorp sessiyada, ümumilikdə, Forumda aparılan səmərəli müzakirələrin dünyada sülhün, sabitliyin, ədalətin bərqərar olunmasına töhfə verəcəyinə əminliyini bildirib, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını çatdırıb.
Bununla da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən iki günlük “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

