/ / Prezident İlham Əliyev cəbhə bölgəsinə səfər etməklə liderlik, prinsipiallıq və mərdlik nümayiş etdirdi
Prezident İlham Əliyev cəbhə bölgəsinə səfər etməklə liderlik, prinsipiallıq və mərdlik nümayiş etdirdi
03.05.2016 [09:44]
Azərbaycan Prezidenti cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır
Sirr deyil ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş bütün təşəbbüslərin qarşısını almağa çalışıb, bu məqsədlə bütün mümkün vasitələrdən istifadə edib. Başqa sözlə, işğalçı ölkə bütün sülh təşəbbüslərini bloklayıb, sülh istəmədiyini nümayiş etdirib və mövcud status-kvonun saxlanması üçün hər bir vasitəyə istinad edib. ATƏT-in Minsk qrupunun bu günə kimi münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb.
Ermənistan qoşunlarının təxribatçı hərəkətlərindən daha çox əziyyət çəkən cəbhə bölgəsində yaşayan mülki əhalidir
Ermənistanın sülh istəməməsini və danışıqlar prosesini pozmağa çalışmasını göstərən amillərdən biri işğalçı ölkənin silahlı birləşmələrinin bölmələrinin mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutmasıdır. Ermənistan qoşunlarının təxribatçı hərəkətlərindən daha çox əziyyət çəkən isə yenə də cəbhə bölgəsində yaşayan mülki əhalidir. Məlum olduğu kimi, Ermənistan silahlı birləşmələri atəşkəsin tələblərini və beynəlxalq hüquq normalarını pozaraq mülki əhaliyə qarşı cinayət tərkibli hərəkətlərə yol verirlər.
Şübhəsiz, bu hal yeni deyil və Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin davamıdır. Bundan öncə aprelin 2-də ermənilər tərəfindən edilən növbəti təxribat və diversiya aktları nəticəsində qanlı cinayət əməlləri törədilib, çoxsaylı mülki şəxslər həlak olub və yaralanıb. Bundan başqa, düşmənin törətdiyi diversiya aktları zamanı mülki əhaliyə böyük maddi və mənəvi ziyan dəyib. İşğalçı Ermənistan Azərbaycanın xoş məram nümayiş etdirərək atəşi birtərəfli qaydada dayandırmaq barədə təşəbbüslə çıxış etməsinə də məhəl qoymayaraq gərginliyi artırmaq cəhdlərini sonrakı günlərdə də davam etdirib. Ermənistan ordusunun cəbhəboyu və təmas xəttindən aralıdakı yaşayış məntəqələrimizə iriçaplı silahlardan zərbələr endirməsi heç bir sağlam məntiqə, humanizm prinsipinə sığmır.
Əlbəttə, düşmən tərəfin bu cür hərəkətlərinin başlıca səbəblərindən biri Azərbaycanı təxribata çəkməkdir. Amma işğalçı Ermənistan unudur ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Bundan öncə törədilən təxribatların qarşısının məharətlə alınması bunu əminliklə söyləməyə əsas yaradır. Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ermənistanın təxribatlarına layiqli cavab verilməsi də bunu deməyə əsas yaradır.
Bütövlükdə, Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Belə olan halda, işğalçı ölkə rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, qoşunların təmas xəttində təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Amma qeyd etdiyimiz kimi, Azərbaycan dövləti və Ordusu bütün təxribatçı hərəkətlərə layiqincə cavab verməklə işğalçı Ermənistanın mənfur niyyətlərini boşa çıxardır. Məhz son hadisələr də bunu təsdiqləyir.
dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir
Bu məqamda vurğulamaq yerinə düşər ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Azərbaycan Prezidenti hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər. Ümumiyyətlə, Azərbaycan Prezidentinin səfəri bir daha göstərdi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və müvafiq tapşırıqlar verir. Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.
Bütövlükdə, dövlət başçısı bu dəfə də Öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi.
Azərbaycan Prezidentinin güclü dəstəyi, diqqət və qayğısı yüksək qiymətləndirilir
Əminliklə qeyd etmək olar ki, dövlət başçısının cəbhə bölgəsinə səfəri orada yaşayan əhalinin, əsgər və zabitlərin əhval-ruhiyyəsini daha da yüksəltdi, orduda və insanlarda ruh yüksəkliyinə səbəb oldu. Onlar Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ali Baş Komandan böyük təhlükəyə baxmayaraq, bütün riskləri göz önünə alaraq təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedir, insanlarla görüşür. Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü dövlətimizin başçısının Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Azərbaycan Prezidenti cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar.
Bütövlükdə əminliklə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

