AZƏRTAC-ın ərəb dili səhifəsi ən çox izlənilən informasiya resursları sırasında yer alır
12.05.2016 [09:36]
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində AZƏRTAC-ın ərəb dilində informasiya yayımına başlamasının beş illiyi qeyd olunub
Mayın 11-də Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin yaradılmasının beş illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin zəngin kitabxanası ilə tanış olublar. Qurumun direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi kitabxana haqqında məlumat verib. Bildirib ki, hazırda kitabxanada müxtəlif dillərdə nəşr olunmuş 9 min kitab var. Mərkəzin direktoru ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında medianın mühüm rolunu diqqətə çatdıraraq AZƏRTAC-ın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi qurumun agentliklə daha sıx əməkdaşlıq qurmaqda maraqlı olduğunu bildirib.
Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh AZƏRTAC-ın ərəb dilində informasiya yaymasını ərəb dünyasına hörmətin təcəssümü kimi dəyərləndirib. Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Suzan Cəmil Nuh ölkələrimizi və xalqlarımızı birləşdirən ümumi cəhətlərdən söz açıb. Azərbaycanın bütün ərəb ölkələri ilə səmimi qardaşlıq və dostluq əlaqələrindən danışan səfir AZƏRTAC-ın əməkdaşlığın dərinləşməsinə özünəməxsus töhfə verdiyini qeyd edib.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov çıxış edərək tədbirin keçirilməsinə yaradılan şəraitə görə Misirin Azərbaycandakı səfirinə və Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin direktoruna təşəkkürünü bildirib.
Baş direktor diqqətə çatdırıb ki, bu il 96 yaşını qeyd edən AZƏRTAC Azərbaycanın həyatına dair mühüm informasiyaları 7 dildə yayır. Ərəb dilində informasiya bölməsi 2010-cu ildə yaradılıb və o vaxtdan etibarən informasiyalar ərəb dilli oxuculara müntəzəm olaraq çatdırılır. Ərəb dili dünyada ən çox istifadə olunan on dil arasında dördüncü yerdədir. Statistikaya görə, 200 milyona yaxın internet istifadəçisi ərəbdillidir. Bu da onu göstərir ki, Azərbaycan həqiqətlərinin, ölkədə baş verən mühüm ictimai-siyasi hadisələr barədə informasiyaların dünyaya yayılmasında ərəb dilinin rolu danılmazdır. AZƏRTAC-ın saytının ərəb dili səhifəsi rus və ingilis dillərindən sonra ən çox izlənilən səhifədir və buradakı xəbərlər sosial şəbəkələrdə də geniş yayılır.
“Müstəqilliyimizin ilk illərindən İslam dünyası və ərəb ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən olub. Agentliyimiz də öz növbəsində bu əlaqələrin inkişafına informasiya dəstəyi vermək üçün səylərini əsirgəmir”, - deyə Baş direktor vurğulayıb.
Mərakeş Krallığının və Fələstinin Azərbaycandakı səfirləri Həsən Hami və Nasir Əbdül Kərim çıxışlarında qeyd ediblər ki, AZƏRTAC-ın ərəb dilində informasiya bölməsi ərəb oxucularını Azərbaycan həqiqətləri ilə tanış etmək istiqamətində mayak rolunu oynayır.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev agentliyin ölkə mediasında aparıcı mövqeyə malik olduğunu, bir çox xarici dillərdə, eləcə də ərəb dilində informasiya yaymasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçıları ölkəmizin ərəb dünyası ilə əlaqələrini və bu əlaqələrin qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.
Tədbirdə, həmçinin İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh, Əlcəzairin müvəqqəti işlər vəkili Abbas Benmusad, Liviyanın müvəqqəti işlər vəkili Əbdülrəzzaq Şakahi və digər ərəb ölkələrinin diplomatik korpusunun nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

