İsrail telekanalı: Ermənistanın indiki rəhbərliyi faşistlərin tərifini göylərə qaldırır
05.07.2016 [10:14]
Dünən İsrailin Doqquzuncu televiziya kanalında İsrail jurnalisti, diplomatı və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) təsisçisi Yosef Şaqalın “Gəlin danışaq” verilişində erməni faşisti, general Njdenin xatirəsinin müasir Ermənistanda əbədiləşdirilməsi və abidəsinin qoyulması faktına həsr olunmuş diskussiya keçirilib.
Yosef Şaqal bildirib ki, biz bir çox dövlətlərin öz tarixini qızğın şəkildə yenidən yazmağa başladığı səksəkəli bir dövrdə yaşayırıq. O deyib: “Onlar şəxsiyyəti beynəlxalq hüquq nöqteyi-nəzərindən böyük şübhə doğuran adamların tərifini göylərə qaldırırlar. Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüququna qarışmırıq. Amma dəhşətli Holokost cinayətlərində əli olan insanların milli qəhrəmanlara çevrilməsinə susmalıyıqmı? Deyin görək, nasistlərin əlaltısı və antisemit Qaregin Njdeyə lap bu yaxınlarda Yerevanda, habelə postsovet məkanının bəzi şəhərlərində başqa antisemitlərə və uşaq qatillərinə ucaldılan abidələrə necə reaksiya göstərməliyik? Ölkə bəşəriyyətə qarşı cinayətdə ittiham olunan bir adamı öz qəhrəmanı adlandıra bilərmi və əgər qəhrəmanı adlandıra bilərsə, buna necə bəraət qazandırmalı?”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin direktoru, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut verilişə ekspert kimi dəvət edilib.
İsrailli ekspertin fikrincə, erməni faşisti və antisemit general Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıqdır və Holokost qurbanlarının xatirəsini təhqir etməkdir. Ekspert deyib: “Bu, şəxsən mənim - ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilən bir babanın nəvəsinin qəlbini göynədən dözülməz ağrıdır. Məhz buna görə də mənim üçün həm də şəxsi faciədir”.
Arye Qut “Gəlin danışaq” televiziya verilişində diskussiya zamanı artıq uzun illərdir Ermənistanda yəhudilərin mənəvi zorakılığa məruz qaldığını qeyd edib. Bu da özünü antisemit ruhlu kitabların çap olunmasında, televiziyada antisemit xarakterli verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanlarının memorial lövhəsinin dəfələrlə təhqir edilməsində göstərir.
Arye Qut vurğulayıb: “Erməni faşisti və antisemit general Njdenin abidəsinin qoyulması bir daha təsdiq edir ki, həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini məhv edən bu faşistlərə müasir Ermənistanda irimiqyaslı pərəstiş yaradılıb. Onların şərəfinə xatirə sikkələri kəsilir, bədii və sənədli filmlər çəkilir. Dünya birliyi Ermənistanda faşizmin təbliğini bundan sonra da səssiz-səmirsiz seyr etsə, Ermənistanın indiki rəhbərliyi sabah eyni müvəffəqiyyətlə Hitlərə abidə qoya bilər. Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə yaradılmır, bu hərəkətlərin arxasında dövlət, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır”.
Arye Qut sovet rəhbərliyinin Njdeyə faşist kimi baxmaması və buna görə də onu güllələməməsi barədə ekspert Yevgeni Klauberin şərhinə sərt formada cavab verərək vurğulayıb ki, İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç vaxt unutmayacaq. Bu legionun yaradıcılarından biri faşist Njde olub. A.Qut vurğulayıb: “Yəqin ki, siz arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlardan sadəcə bixəbərsiniz. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna yararsız olan digər insanları məhv etmək olub. Njde minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu sayəsində yəhudilərdən tam təmizlənib. Məgər bundan sonra biz erməni faşisti və antisemitinin müasir Ermənistanda milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərik?”.
İsrailli ekspert qeyd edir ki, bu gün Ermənistanda Dro və Njde kimi faşistlərin və antisemitlərin hansı məqsədlə şişirdilməsini erməni ekspertlərindən soruşanda onlar bildirirlər ki, məqsəd erməni xalqının hərbi-vətənpərvərlik ruhunu yüksəltməkdir. Arye Qut deyib: “Doğrudanmı ermənilərin faşistlərdən başqa qəhrəmanları qalmayıb, məgər Qızıl Ordu sıralarında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ermənilər olmayıb? Sadəcə, başa düşmək lazımdır ki, müasir Ermənistanda faşistlərin və antisemitlərin təriflərinin göylərə qaldırılması Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etmələri faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər”.
Ekspertin sözlərinə görə, faşist ideologiyasının təbliğinin nəticələrini 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qanlı soyqırımı aktının nümunəsində görmək olar. İsrailli ekspert vurğulayıb: “Azərbaycanın Xocalı şəhəri bir gecədə yer üzündən silindi. Bu qanlı qırğın nəticəsində 613 azərbaycanlı məhv edildi, onlar dəhşətli işgəncələrə və həqarətlərə məruz qaldılar. Onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu qanlı qırğını Ermənistanın indiki prezidentinin və müdafiə nazirinin simasında erməni generalı Njdenin varisləri törədiblər”.
Azərbaycan cəmiyyətində multikulturalizm və tolerantlıq siyasətindən danışan Arye Qut bildirib ki, Amerikanın Antidiffamasiya Liqasının məlumatına görə, antisemitizmin səviyyəsinə görə postsovet məkanında birinci yeri Ermənistan tutur. Bu ölkə monoetnikdir. Burada yəhudiləri barmaqla saymaq olar. Arye Qut fikrini belə yekunlaşdırır: “İndi isə multikulturalizmin və tolerantlığın həyat tərzinə və dövlət siyasətinə çevrildiyi Azərbaycan Respublikasına baxın. Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkədə yaşamağımızla, bir çox xalqların və millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaları ilə qürur duyuruq. Biz əslən Azərbaycandan olan yəhudilərlə fəxr edirik”.
Arye Qut vurğulayıb: “Azərbaycanda ksenofobiya və antisemitizm halları heç vaxt olmayıb və ola da bilməz. Bəs ölkəsində 99,9 faiz erməni yaşayan, ermənilərdən başqa, demək olar, heç bir xalqın və konfessiyanın olmadığı Ermənistan prezidenti bu barədə danışırmı?”.
Verilişə baxmaq üçün http://9tv.co.il/video/2016/07/02/62438.html linkinə daxil ola bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54

