Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Piter Klifton: Dünya mediasının peşəkarları Bakı konqresindən çox faydalanacaqlar

Piter Klifton: Dünya mediasının peşəkarları Bakı konqresindən çox faydalanacaqlar

18.11.2016 [10:23]

Beş qitəni, 80 ölkəni və dünyanın 130-dən çox aparıcı xəbər agentliyini təmsil edən 200 nümayəndənin qatıldığı Dünya Xəbər Agentliklərinin V Konqresində iştirakçılar bir-biri ilə təcrübələrini bölüşür, müasir jurnalistikanın imkanlarını və problemlərini müzakirə edirlər. Müzakirələrdə dünyadakı xəbər agentliklərinin sürətlə inkişaf etdiyinin şahidi olduq. Əminəm ki, dünya mediasının peşəkarları Bakı konqresindən çox faydalanacaqlar.
Bu sözləri Bakıda keçirilən Konqresdə iştirak edən Böyük Britaniyanın Press Association agentliyinin baş redaktoru Piter Klifton AZƏRTAC-a müsahibəsində söyləyib.
Piter Klifton deyib: “Prezident İlham Əliyevin dərin məzmunlu çıxışını diqqətlə dinlədim. Azərbaycan Prezidenti ölkənizin bütün sahələrdə inkişafı, buradakı media azadlığı, dövlətinizin bu sahədə qətiyyətli mövqeyi barədə çox dəyərli fikirlər səsləndirdi”.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq Bakının gözəlliyinə valeh olduğunu söyləyib, tədbirin təşkilatçılığını yüksək qiymətləndirib. P.Klifton Bakı Konqresinin möhtəşəm məkanda keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30