Amerikalı ekspert ABŞ dövlət katibinin Azərbaycana münasibətdə passivliyindən yazır
28.12.2016 [09:34]
Amerikada çıxan “Foreign Policy News” adlı analitik jurnalda beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Qafqazda və Avropada Vaşinqtonun rolu cüzidir” sərlövhəli məqaləsi dərc edilib. Materialda bildirilir ki, Birləşmiş Ştatlar Avrasiyada fəallığını azaldıb, ABŞ həm özünün, həm də müttəfiqlərinin bu regionda maraqlarına etinasızlıq göstərir. Müəllif yazır ki, son illərdə Cənubi Amerikada, Cənubi Avropada və Qafqazda Vaşinqtonun xarici siyasətinin fəallığı nəzərəçarpacaq dərəcədə azalmaqdadır.
Dövlət katibi Con Kerri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bu münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirib. C.Kerri çıxışlarının birində qeyd edib ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davamlı nizamlanmasına “hazır deyildir”. Müəllifin fikrincə, ABŞ dövlət katibi bütün dünyaya səfərlər edir, əhəmiyyətsiz görüşlər üçün vaxt ayırır, amma Prezident İlham Əliyevlə görüşmək və Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını Onunla müzakirə etmək üçün vaxt tapa bilmir.
P.Teyz daha sonra Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək yazır ki, bu silahlı münaqişə iyirmi ildən çox bundan əvvəl erməni təcavüzü nəticəsində başlanıb. Ekspert vurğulayır ki, Azərbaycan rəsmiləri uzun müddət bu münaqişənin müzakirə edilməsi üçün Vaşinqtona səfərlər ediblər, ABŞ-ın ali rütbəli diplomatı isə Dövlət Departamentində işlədiyi müddətdə ən azı ABŞ-ın bu münaqişəni tənzimləməyə hazır olduğunu və buna kömək etmək istəyini nümayiş etdirmək üçün Bakıya rəsmi səfər üçün vaxt tapa bilməyib.
P.Teyz ABŞ-ın xarici siyasətinin perspektivləri barədə mühakimə yürüdərək yazır ki, Donald Trampın prezidentliyi dövründə Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə xüsusi diqqət ayırmalıdır, çünki Azərbaycan ABŞ-ın və Avropa İttifaqının mühüm iqtisadi tərəfdaşı, habelə bütün regionda maliyyə sabitliyinə və iqtisadi artıma şərait yaradan İpək Yolunun bərpasında etibarlı tərəfdaşdır.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46

