Azərbaycanın İspaniyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
29.12.2016 [09:54]
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Madriddə və İspaniyanın digər bölgələrində yaşayan azərbaycanlılar, həmçinin səfirlik tərəfindən dəvət olunmuş digər qonaqlar iştirak ediblər.
Səfir Anar Məhərrəmov tədbirdə çıxış edərək həmvətənlərimizi salamlayıb, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ölkəmizin inkişafı baxımından göstərdikləri fəaliyyətlərində uğurlar arzulayıb. Həmrəylik gününün tarixindən və əhəmiyyətindən bəhs edən səfir bu əlamətdar günün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, məhz Onun təşəbbüsü ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini vurğulayıb.
Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edən bu bayramın dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış vacib addım olduğunu qeyd edən A.Məhərrəmov bunun davamı olaraq 2001-ci ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayının milli həmrəyliyimizin nümayişinin bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, I qurultayın keçirilməsindən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın fəaliyyətinin gücləndirilməsi və diaspor sahəsində dövlət siyasətinin səmərəliliyinin artırılması məqsədilə indiki Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb və bununla da dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesi təmin edilib.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən səfir A.Məhərrəmov aparılan bu uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da artdığını vurğulayıb. Səfir xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə geniş məlumat verərək, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının qurultaylarında etdiyi çıxışlarda ölkəmizin milli maraqlarının qorunması, təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsini xüsusi vurğuladığını və onları milli birliyə xidmət edən fəaliyyətlərində səfərbər olmağa çağırdığını qeyd edib.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin bu ölkədə yaşayan azərbaycanlılarla daim sıx əlaqədə olduğunu bildirən səfir A.Məhərrəmov İspaniyada ölkəmizin maraqları baxımından fəal təbliğat işinin aparılmasında səfirliyin həmvətənlərimizə hər zaman öz dəstəyini göstərməyə hazır olduğunu söyləyib.
Çıxış edən həmvətənlərimiz bu tədbirdə iştirak etməkdən məmnun olduqlarını bildirərək, İspaniyada yaşayan azərbaycanlıların ölkəmizin milli maraqlarının qorunması və təbliği işinin aparılması istiqamətində ölkə Prezidentinin Öz çıxışlarında qeyd etdiyi kimi, səfərbər olduqlarını və bu baxımdan fəaliyyətlərini gələcəkdə daha da artıracaqlarını qeyd ediblər.
Daha sonra qonaqlara milli mətbəx nümunələrimiz təqdim edilib. Tədbirdə iştirak edən azyaşlı uşaqlara Yeni il hədiyyələri verilib, milli musiqimiz səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

