Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb
13.05.2017 [10:57]
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub. Təəssüf hissi ilə bildiririk ki, son dövrlərdə daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən antiazərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, mayın 15-nə təyin olunmuş məhkəmə prosesinə təşkilatın bağlanması üçün təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında öz əksini tapıb.
Bəyanatda deyilir: “Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını ifadə edir. ÜAK Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılıb, fəaliyyət göstərdiyi müddət ərzində soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib. İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat millətlərarası barışın və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edib, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə çalışıb.
Bir daha vurğulamağı vacib hesab edirik ki, ÜAK ictimai rəydə yalnız milyonlarla azərbaycanlını təmsil edən təşkilat deyil, eyni zamanda, xalqlarımızın dərin tarixi köklərə malik çoxəsrlik dostluq münasibətlərinin, ölkələrimizin bir çox sahələri əhatə edən strateji tərəfdaşlığının simvolu kimi qəbul olunmaqdadır. Bu gün beynəlxalq münasibətlər sistemində mühüm yerə malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan yüzlərlə azərbaycanlının adını çəkmək olar. Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarığını əsirgəmirlər.
ÜAK-ın fəaliyyətinin başlıca qayəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların xalqlarımız arasındakı əlaqələrin güclənməsinə, ölkələrimizin iqtisadi, siyasi və digər sahələrdə münasibətlərinin inkişafına cəlb etməkdən ibarət olub. ÜAK və onun üzvləri heç zaman Rusiya Federasiyasının qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmayıb, ölkənin, dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışıb. Bütün bunlara baxmayaraq, bəzi qüvvələrin ÜAK-ın fəaliyyətinin dayandırılmasına yönəlmiş israrlı cəhdləri onların Rusiyanın ümumi mənafelərinə xidmət etdiyinə şübhə yaradır, eyni zamanda, erməni diasporu ilə əlaqələrinə dair məlumatların həqiqətə uyğun olma ehtimalını artırır, habelə azərbaycanlı icmasının Rusiyanın milli siyasətinə inamının sarsılmasına səbəb ola bilər. Bu cür təşəbbüslər, eyni zamanda, Rusiya Federasiyasının milli və etnik azlıqlarla bağlı siyasətinin məzmununa, prinsiplərinə qəti şəkildə ziddir.
Dövlət Komitəsi bütün Azərbaycan ictimaiyyətinin və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 460-dan çox diaspor təşkilatında birləşmiş azərbaycanlıların ÜAK-ın fəaliyyəti ilə bağlı başlamış məhkəmə prosesində iki ölkənin maraqlarına, xalqlarımızın dostluq ənənələrinin, dövlətlərimizin strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd qərar qəbul olunması istiqamətində təşəbbüslərdən dərin narahatlığını ifadə edir. Ümid edirik ki, məhkəmə bu narahatlığı nəzərə alaraq, milyonlarla azərbaycanlını təmsil edən ÜAK-ın fəaliyyəti ilə bağlı tam ədalətli, obyektiv və heç bir siyasi motivə əsaslanmayan qərar qəbul edəcək. Bir daha xüsusi vurğulamağı vacib hesab edirik ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması iki ölkənin ümumi mənafelərinə tamamilə ziddir və yalnız Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmlənməsini istəməyən qüvvələrin maraqlarına xidmət edə bilər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

