Baş nazir Artur Rasi-zadə: Azərbaycan Estoniya ilə qarşılıqlı faydalı əməkdaşlığa önəm verir
13.06.2017 [10:00]
İyunun 12-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakıda səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Sven Mikser ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycan-Estoniya əlaqələrini yüksək qiymətləndirən Baş nazir Artur Rasi-zadə qeyd edib ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir, ölkəmiz Avropa ailəsinin üzvü kimi Estoniya ilə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verir. Bu baxımdan ölkələrimiz arasında davam edən xoşməramlı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi üçün siyasi iradə və zəruri hüquqi baza mövcuddur.
Söhbət zamanı vurğulanıb ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə, xüsusən qeyri-neft sektorunda, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları, ticarət, turizm, humanitar sferalarda dövlət və özəl sektor təmsilçilərinin müştərək layihələr üzərində işləməsi, həmçinin Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin mənafeyinə uyğundur. Qeyd edilib ki, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğu şəraitdə mövcud potensialdan daha səmərəli istifadə etmək vacibdir.
Görüşdə beynəlxalq və regional problemlər ətrafında söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasi-zadə münaqişənin nizama salınması istiqamətində respublika rəhbərliyinin göstərdiyi səylərdən, lakin bəzi ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışıb və bir daha xatırladıb ki, məsələnin həlli yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

