ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən ikinci bəyanat verilib
08.07.2017 [13:21]
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən iyulun 4-də yayılan bəyanatın ardınca ikinci bəyanat verilib.
Bəyanatda həmsədrlər iyulun 4-də atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə ediblər: “Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk”.
Həmsədrlər tərəflərə Cenevrə konvensiyalarına əsasən mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladırlar. “Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşmalara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.
Bəyanatın sonunda deyilir: “Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır. Bu, regionun bütün xalqları üçün sülh, çiçəklənmə və həqiqi barışıq gətirmək üçün yeganə yoldur”.
ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci bəyanatını şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələrlə əlaqədar həmsədrlərin bu bəyanatında təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur. Belə ki, son bəyanatda iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin bu qiymətləndirməsini bölüşərək bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində azyaşlı qızcığazın və nənəsinin həlak olması və digər qadının ağır yaralanması Ermənistanın təxribatı olaraq danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanıb.
Aparılan araşdırmalar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki obyektlər hədəfə alınıb. Ermənistan Alxanlı kəndində mülki insanların öldürülməsinə görə məsuliyyəti öz üzərindən atmaq üçün guya kənddə atəş nöqtələrinin olması barədə saxta təbliğat aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər hərbi məntəqə olmayıb. Azərbaycanda akkreditə olunan ABŞ, Çin, Pakistan, Türkiyə, Rusiya, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşeləri və Almaniya səfirliyinin diplomatı, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil edilən səfər çərçivəsində yerindəcə bu faktın şahidi olublar.
Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qoyulması, mülki və hərbi şəxslərə qarşı çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin törədilməsi, Xocalı soyqırımı, habelə 2016-cı ilin aprelində təmas xətti boyunca 32-dən artıq yaşayış məntəqəsinin ağır artilleriya atəşinə tutulması, Alxanlı kəndində törədilən son əməllər Ermənistanın Cenevrə konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri sistematik olaraq kobud şəkildə pozmasını sübut edir. Bu baxımdan həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsinə, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durmağa dair çağırışlarını təqdir edirik.
1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırışa gəlincə qeyd etmək lazımdır ki, Ermənistan 25 ildən artıqdır atəşkəs rejimindən sui-istifadə edərək Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və qəbuledilməz olan status kvonu saxlamağa çalışır. ATƏT-in 1994-cü il Budapeşt sənədində, o cümlədən atəşkəsə aid sənədlərdə qeyd olunduğu kimi, atəşkəs münaqişənin siyasi həlli üçün şərait yaratmalı idi. Təəssüflər olsun ki, Ermənistan tərəfindən ötən müddət ərzində müxtəlif təxribat və bəhanələrlə buna imkan verilmir. Onu da qeyd etmək lazımdır ki, 1994-1995-ci illər atəşkəs haqqında sənədlərin vacib tərkib elementlərindən biri də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına dair vaxt qrafikidir.
Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin danışıqlar yolu ilə həllinə başlıca əngəldir.
Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

