/ / Sebastian Bussua: Azərbaycan güclü dövlətdir, öz torpaqlarını hər vasitə ilə azad etməyə hazırdır
Sebastian Bussua: Azərbaycan güclü dövlətdir, öz torpaqlarını hər vasitə ilə azad etməyə hazırdır
11.10.2017 [10:13]
Ötən həftə bir qrup fransalı media nümayəndəsi Azərbaycanda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da “cnpnews” portalında siyasi elmlər üzrə tədqiqatçı Sebastian Bussuanın səfərin yekunları ilə bağlı “Dağlıq Qarabağın işğalı: Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həllini axtarır” sərlövhəli məqaləsi dərc edilib.
Müəllif yazır ki, dünyanın heç bir dövləti işğalçı Ermənistan tərəfindən yaradılan qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımır. Təcavüzkar Ermənistandan fərqli olaraq, Azərbaycan regional inteqrasiya yolu ilə gedir, bölgənin güclü dövlətləri ilə sabit münasibətlər qurmaqla, öz diplomatiyasını qonşu dövlətlərlə uzlaşdırmaqla münaqişənin sülh yolu ilə həllinə çalışır.
Erməni diasporunun bu istiqamətdə apardığı təbliğatın uzun müddətdir davam etdiyini vurğulayan tədqiqatçı hazırda münaqişə ilə bağlı vəziyyətin Azərbaycanın xeyrinə getdikcə dəyişdiyini vurğulayır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının məlum qətnamələrinin tələblərini xatırladan Sebastian Bussua Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğunu diqqətə çatdırır. O, münaqişə nəticəsində Azərbaycana 800 milyard manatdan artıq ziyan dəydiyini də qeyd edir.
Sebastian Bussua Fransa prezidentləri Nikola Sarkozi və Fransua Ollandın Azərbaycana səfərləri və səsləndirdikləri bəyanatları yada salır. Bakıdakı Fransız Liseyinin açılışında Prezident Fransua Ollandın Fransa ilə Azərbaycan arasında tarixi bağların olduğu barədə söylədiyi fikirləri xatırladır.
Müəllif Qarabağın tarixinə ətraflı nəzər salır, regionun tarixən Azərbaycana məxsusluğunu göstərir, Ermənistan qoşunları tərəfindən 1992-ci il fevralın 26-da Xocalıda soyqırımı törədildiyini, 600-dən artıq günahsız insanın öldürüldüyünü qeyd edir. Məqalədə deyilir ki, atəşkəsdən sonra Ermənistan hələ də o torpaqlardadır, Azərbaycanın işğal edilmiş əraziləri viran edilib, on minlərlə insan öldürülüb, 800 minə yaxın azərbaycanlı öz doğma torpağında məcburi köçkün vəziyyətinə düşüb.
Fransalı tədqiqatçı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf əraziləri işğal etməsinin səbəbləri kimi qonşu dövlətlərin bu məsələdə marağını və dəstəyini önə çəkir, 1990-cı illərin əvvəllərindəki vəziyyətlə bugünkü vəziyyəti müqayisə edərək yazır: “Bu gün vəziyyət tam fərqlidir. Azərbaycan qüdrətli və varlı ölkəyə çevrilib. Diaspordan başqa heç nəyi olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan güclü dövlətdir, enerji təhlükəsizliyini təmin edib və torpaqlarını hər vasitə ilə azad etməyə hazırdır”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37

