/ / Hikmət Babaoğlu: Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür
Hikmət Babaoğlu: Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür
14.12.2017 [10:07]
“Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür”.
Bunu Trend-ə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik dövründə rəhbərlik edib: “Onun əsas amalı hər zaman Azərbaycanı irəli aparmaq olub. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsi sovet, ikincisi müstəqillik dövründə olub. Ancaq fərqli, təzadlı ideoloji sistemlərə baxmayaraq, Ümummilli liderin siyasi fəaliyyətinin əsas qayəsi milli inkişafı, milli tərəqqini təmin etmək olub və O, buna nail olub. Postsovet dövründə Azərbaycan xalqının milli özünüdərk prosesi də, Bakının kosmopolit şəhərdən milli şəhərə çevrilməsi də, Azərbaycanın neft sənayesindən başqa digər sənaye sahələrinin, o cümlədən aqrar sənayenin inkişafı da Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan hadisələrdir. Heydər Əliyevin adı Azərbaycan coğrafiyasından dəfələrlə böyükdür. O, sovet illərində təkcə Azərbaycanın deyil, SSRİ-də yaşayan bütün müsəlman xalqların lideri və hamisi idi. Bu nüans 1991-ci ildən sonra da Azərbaycanın bir çox xalqlarla isti münasibət qurmasına olduqca müsbət təsir göstərdi”.
Millət vəkili bildirib ki, Ümummilli lider Heydər Əliyevin ən böyük əsəri müstəqil Azərbaycandır: “Postsovet məkanından çıxmış çox az ölkə müstəqil siyasət həyata keçirə bilir, çox az ölkədə sabitlik bərqərar olunur, onlardan biri Azərbaycandır. Biz Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin qurulmasına görə məhz Ulu öndər Heydər Əliyevə borcluyuq. Onun ən böyük əsərlərindən biri 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu Konstitusiya Heydər Əliyevdən sonrakı mərhələdə Azərbaycanın hüquqi və sosial dövlət kimi inkişafının əsasını yaratdı, ölkəmizi demokratik inkişaf yoluna çıxardı. Heç şübhəsiz ki, hər bir dövlətin siyasi müstəqilliyinin arxasında iqtisadi müstəqillik dayanır. Heydər Əliyev müstəqilliyimizin çox ağır illərində Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək üçün çox riskli və böyük layihəyə imza atmağı bacarıb. Bu, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” layihəsi idi. Heydər Əliyevin böyüklüyü həm də ölkənin gələcəyini, yəni qurduğu dövlətin yaşamasını təmin etməsidir”.
H.Babaoğlu qeyd edib ki, Heydər Əliyev erasından sonra da Onun siyasəti, əqidəsi, azərbaycançılıq ideologiyası yaşayır: “Bu gün də Azərbaycan çiçəklənən bir ölkədir”.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17

