Oqtay Əsədov: Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir
18.01.2018 [10:12]
Milli Məclisin sədri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Yanvarın 17-də Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri ölkələrimizin rəsmiləri arasındakı görüşlərin, regional məsələlərə dair müzakirələrin artıq müntəzəm xarakter aldığını bildirib. Qeyd edilib ki, dövlət başçılarının səyləri nəticəsində əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Azərbaycan-Türkiyə əməkdaşlığı parlamentlər səviyyəsində də müvəffəqiyyətlə davam edir.
Sədr vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir. Təqdirəlayiq haldır ki, 2014-cü ilin aprelində Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında baş tutmuş bu cür görüşlər bu gün iki qardaş ölkə arasında da uğurla davam etdirilir. Milli Məclis gələcəkdə bu cür çoxtərəfli tədbirlərin keçirilməsini dəstəkləyir. TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müvafiq komitələri səviyyəsində belə müzakirələrin keçirilməsi informasiya və təcrübə mübadiləsi baxımından çox önəmlidir. Komitə və komissiyaların birgə iclasında müzakirə olunan məsələlər beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmək baxımından böyük əhəmiyyət daşıyır.
Oqtay Əsədov Milli Məclislə TBMM arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, parlamentdə Türkiyə ilə dostluq qrupunun ən böyük qrup olduğunu söyləyib. Sədr parlamentlərin müvafiq qurumları arasında birgə tədbirlərin keçirilməsinə hər cür dəstək verəcəklərini bir daha bildirib.
Volkan Bozkır ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. O qeyd edib ki, TBMM-in Xarici əlaqələr komitəsinin üzvlərinin cari ildə ilk səfəri məhz Azərbaycana olub. Bu səfərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının işğaldan azad olunmasının bir əsrlik yubileyi ərəfəsində baş tutması özü rəmzi məna daşıyır.
Qonaq Şəhidlər xiyabanını ziyarət edərkən buradakı azyaşlı uşaqların müstəqillik uğrunda öz canlarını qurban vermiş Azərbaycan övladlarını ziyarət etməsinin və müstəqil Azərbaycan barədə şeirlər söyləməsinin onda qürur hissi oyatdığını deyib. Bildirilib ki, qardaş Türkiyə xalqı Azərbaycanın əldə etdiyi nailiyyətlərə sevinir və hər zaman Azərbaycan xalqı ilə birlikdədir.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Səhiyyə komitəsinin sədri və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

