/ / “The Daily Caller” qondarma erməni rejimi “başçısı”nın Vaşinqtona qanunsuz səfərindən və Ermənistanın vassal statusundan yazır
“The Daily Caller” qondarma erməni rejimi “başçısı”nın Vaşinqtona qanunsuz səfərindən və Ermənistanın vassal statusundan yazır
22.03.2018 [09:37]
ABŞ-ın “The Daily Caller” nəşrində beynəlxalq icmalçı, İsrail, Yaxın Şərq və keçmiş Sovet İttifaqı ölkələri haqqında çoxsaylı məqalələrin müəllifi Maayan Hoffmanın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qurulmuş qondarma rejimin “başçısı” Bako Saakyanın Vaşinqtona qanunsuz səfəri və onun Amerikanın mənafelərinə zidd qüvvələrlə əlaqələri haqqında məqaləsi dərc olunub.
Müəllif yazır ki, Bako Saakyan üçüncü dövlətin hərbi kəşfiyyatı və Livanın Bekaa vadisindəki terrorçularla əlaqəsi olan qanunsuz silahlı dəstələrin tipik səhra komandiridir. Lakin bu, onun Vaşinqtona səfərinə əngəl ola bilmədi.
AZƏRTAC xəbər verir ki, yazıda Dağlıq Qarabağın suveren Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazisi olduğu qeyd edilir. Vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də bunu təsdiq edir. Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan, onun “rəhbərliyi”ni beynəlxalq səviyyədə və Birləşmiş Ştatlarda qəbul etməyən ABŞ Dövlət Departamentinin də mövqeyi eynidir.
Bununla yanaşı, ABŞ Konqresində erməni qrupunun nümayəndələri, o cümlədən mütəmadi olaraq Birləşmiş Ştatlar hökumətinin maraqlarını təhlükəyə atan Frenk Pallon, Ceki Spier, Devid Valadao, Adam Şiff və Cim Kosta Saakyanla görüşərək və işğal olunmuş ərazilərə səfər edərək qanunsuz “respublika”ya legitimlik qazandırmaq istəyirlər. Ötən il Pallon, Valadao və Tulsi Qabbard Azərbaycanın işğal altında olan ərazilərinə səfər ediblər. Lakin Saakyanın ABŞ-a səfəri mənəviyyat və qanun çərçivəsindən daha çox kənara çıxmaq deməkdir. Hoffman vurğulayır ki, bu, ABŞ-la Azərbaycan arasında getdikcə inkişaf edən strateji münasibətləri də sarsıdır.
Məqalədə qeyd edilir ki, bu yaxınlarda Birləşmiş Ştatlar və müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadə həcminin artırılması, amerikalı qoşunların Əfqanıstan və onun hüdudlarından kənarda apardığı əməliyyatlar çərçivəsində Azərbaycan ərazisindən uçuşlara icazə verilməsinə dair danışıqlar mərhələsini başa çatdırıblar. Bundan başqa, ABŞ Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək Cənub Qaz Dəhlizinə özünün tam diplomatik və siyasi dəstəyini verib. Bütün bunların ABŞ və onun müttəfiqlərinin regiondakı maraqlarına qarşı fəaliyyət göstərən qüvvələri narahat etməsi təbiidir. Regionun coğrafi xəritəsi ilə tanış olan hər kəs üçün aydındır ki, Bakı ilə Vaşinqton arasında inkişaf edən münasibətləri korlamaq üçün Ermənistan kimi vassal dövlətdən istifadə etmək olar. Saakyanın qeyri-legitim oyuncaq rejimi ilə münasibətlər beynəlxalq hüquq və ABŞ-ın xarici siyasəti üçün təhqirdir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

