Türkiyənin “TRT World” kanalının əməkdaşları məcburi köçkünlərlə görüşüblər
11.04.2018 [11:21]
Ölkəmizdə səfərdə olan Türkiyənin “TRT World” kanalının əməkdaşları Əndryu Hopkins Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Fuad Hüseynov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu baxımdan Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın pozulmuş insan hüquqlarının təmin olunmasına beynəlxalq təşkilatlar tərəfindən diqqətin artırılmasının vacibliyi qeyd edilib.
Bildirilib ki, nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-in, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir.
Qonaqlara Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, təcrübə artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.
Məlumat verilib ki, doğma yurdlarından zor gücünə qovulmuş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Proqramı və ona əlavələr təsdiq edilib. Bütün bunların nəticəsidir ki, Azərbaycan hökuməti tərəfindən indiyədək məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik 97 yaşayış kompleksi salınıb, 265 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Qonaqlar daha sonra Füzuli rayonundan məcburi köçkün Xatirə Adıgözəlovanın məskunlaşdığı otaqda olub və ailə ilə söhbət ediblər.
Görüşdə Türkiyənin TRT World kanalının əməkdaşı Əndryu Hopkins ətraflı məlumat üçün təşəkkürlərini bildirərək, münaqişənin tezliklə həllini tapmasının, məcburi köçkünlərin hüquqlarının bərpasının vacibliyini bildirib. Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işlər yüksək qiymətləndirilib. Türkiyənin TRT World kanalı artıq məcburi köçkünlərlə bu görüşündən reportaj yayımlayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

