/ / Əli Həsənov: ABŞ Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyır
Əli Həsənov: ABŞ Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyır
24.04.2018 [09:52]
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlamasında ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş iddialara münasibət bildirib.
Əli Həsənovun sözlərinə görə, hesabat göstərir ki, Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrə münasibəti həmişə olduğu kimi, yenə də tendensioz xarakter daşıyır. Hesabatın hazırlanma metodologiyası hər bir məsələyə dair konkret bir, bəzi hallarda isə bir neçə faktın konstatasiyası, onların müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli şəkildə təsviri, müvafiq nəticənin hasil edilməsi və bütün sahə üzrə ümumiləşdirilməsi prinsipi üzərində qurulub. Belə yanaşma, habelə mənbələrin göstərilməməsi, bir qayda olaraq “ekspertlər”, “fəallar”, “QHT təmsilçiləri” və bu kimi müəmmalı “mənbələrə” “istinad edilməsi” hesabatın obyektivliyini və şəffaflığını ciddi şübhə altına alır.
Əli Həsənov qeyd edib ki, 2013-cü il prezident seçkiləri də daxil olmaqla Azərbaycanda keçirilən bütün seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun, demokratik, ədalətli və şəffaf olub, xalqın iradəsini əks etdirib. Bu fakt çoxsaylı xarici və beynəlxalq müşahidəçi qrupların açıqlamalarında və hesabatlarında da öz əksini tapıb.
Azərbaycan demokratik dövlətdir, Konstitusiya normalarına uyğun olaraq ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyəti təmin olunub. Buna görə də hansısa şübhəli “faktlar” əsasında hakimiyyət qanadlarının, ayrı-ayrı dövlət orqanlarının nüfuzunu aşağılayan qərəzli iddiaları qəbul etmirik və onları ciddi əsası olmayan subyektiv mülahizə kimi qiymətləndiririk.
Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq azadlığı, fikir plüralizmi də daxil olmaqla bütün demokratik normalar təmin olunub. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi, çoxsaylı jurnalist ordusu tam sərbəst fəaliyyət göstərir. Sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşır, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bu gün Azərbaycanda 3 mindən çox QHT fəaliyyət göstərir və öz təşəbbüsləri, praktiki addımları ilə cəmiyyət həyatının bütün sahələrinin inkişafına əməli töhfələr verirlər. Odur ki, hesabatda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin “məhdudlaşdırılması” barədə iddialar yalnız təəssüf doğurur.
2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında seçki mədəniyyətinin qənaətbəxş səviyyədə olduğunu təsdiq etməklə yanaşı, həm də partiyaların siyasi proseslərdə iştirak səviyyəsini əyani şəkildə göstərdi. Avropa və Amerikada olduğu kimi, Azərbaycanda da marginallaşmış siyasi qruplar cəmiyyət tərəfindən inkar edilir, öz ambisiyalarını reallaşdırmaq imkanlarını getdikcə itirirlər. Bu, Azərbaycanda siyasi sistemin çatışmazlığı deyil, əksinə, cəmiyyət həyatında təhlükəsizliyi, sabitliyi, tolerantlığı təmin edən mühüm üstünlükdür. Təəssüf ki, Dövlət Departamentinin hesabatında bu kimi məsələlər də tərs-mütənasib təsvir olunur və arzuolunmaz nəticələr hasil edilir.
O ki qaldı, hesabatda “siyasi məhbuslar”, “təzyiqlər”, “həbslər” və digər bu kimi iddialara, hesab edirik ki, Qərb ölkələrində bu cür faktlar daha çoxdur. Həmin faktlar Dövlət Departamenti tərəfindən eyni metodologiya əsasında şərh olunarsa, hansı nəticələrin ortaya çıxacağını təsəvvür edə bilərik...
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

