/ / Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
08.05.2018 [17:35]
Şuşa rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı ilə birgə Ümummilli lider Heydər Əliyevin adan olmasının 95 illiyi münasibətilə tədbir keçirib. Bu barədə AZƏRTAC-a rayon İcra Hakimiyyətindən məlumat verilib.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkəmizdə sabitliyin qorunmasında, hüquqi dövlətin qurulmasında, dövlətçiliyin və iqtisadiyyatın möhkəmləndirilməsində, 1990-cı illərdə erməni təcavüzünün qarşısının alınmasında, doğma Azərbaycanımızın beynəlxalq miqyasda tanınmasında Ulu öndərin xidmətləri əvəzsizdir. Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim Ümummilli liderin diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.
Tədbirdə Ulu öndərin şərəfli həyat yolu ilə bağlı sənədli film nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Ümummilli liderin hakimiyyətə qayıtdıqdan sonra atəşkəsə nail olunmasında, dünyanın aparıcı ölkələri ilə neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, müstəqil dövlətin ilk Konstitusiyasının qəbul olunmasında, 1992-ci ildə YAP-ın yaranmasında Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Deputat Elman Məmmədov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva və Əkbər Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Şuşa Humanitar Kollecinin gənclər təşkilatının üzvü Şəms Qəhrəmanova Ümummilli liderin fəaliyyəti dövründə ölkəmizin dinamik inkişafından, Onun xalqın rifahı üçün yorulmadan çalışmasından danışıb, müstəqillik illərində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqe qazanmasında əvəzsiz rolunu qeyd ediblər.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tələbə və şagirdlərin ifasında Ulu öndərə həsr edilmiş şeirlər və mahnılar maraqla qarşılanıb.
Daha sonra təhsildə və idmanda uğur qazanan rayon məktəbliləri diplomlarla və hədiyyələrlə təltif ediliblər.
Tədbirin sonunda bir qrup gəncə YAP-ın vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

