/ / Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb
04.07.2018 [10:06]
İyulun 3-də Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadc As Si imzalayıblar. Memorandumun imzalanmasında məqsəd Azərbaycan ilə Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin yaradılmasıdır.
Əli Əhmədov bildirib ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında dərin köklər mövcuddur.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Ermənistanın ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində meydana çıxan ağır humanitar böhranın həllində və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında Federasiyanın xidmətləri var. O, qurumun Azərbaycana fəal surətdə göstərdiyi dəstəyin hökumətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
“Məcburi köçkünlərin sosial-iqtisadi və yaşayış durumunun yaxşılaşdırılması ölkəmizin humanitar ölçüdə müəyyənləşdirdiyi əsas prioritet sahələrdəndir”, - deyən Baş nazirin müavini bu gün əhalinin həssas təbəqəsi sayılan qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi və onların müdafiəsinin təmin edilməsində dövlətimiz tərəfindən genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdırıb.
Baş nazirin müavini iyulun 11-də məcburi köçkün soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal edilmiş Kəlbəcər rayonu ərazisində öz doğmalarının məzarlarını ziyarət edərkən ermənilər tərəfindən qanunsuz olaraq həbs edilmələrindən 4 il keçdiyini deyib. Qeyd edib ki, bu məsələdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası öz imkanlarından və nüfuzundan istifadə etməlidir. O, günahsız insanların həbsdən azad edilməsi istiqamətində fəal işlər aparılmasının vacibliyini vurğulayıb.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadc As Si ölkəmizdə olmasından və ona göstərilən yüksək qonaqpərvərlikdən məmnunluğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan Hökuməti arasında əməkdaşlığın gücləndirilməsinin yaxşı imkanlar açacağına əminlik ifadə edib. Azərbaycan dövlətinin öz yurd-yuvalarından didərgin düşən soydaşları üçün yaratdığı şəraiti yüksək dəyərləndirdiklərini vurğulayan baş katib əsas hədəflərinin təkcə Azərbaycanda deyil, bütün regionda ehtiyacı olan insanların həyat şəraitini öyrənməklə onlara yardım etmək olduğunu bildirib.
Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02

