/ / Sevinc Fətəliyeva: Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək
Sevinc Fətəliyeva: Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək
04.09.2018 [09:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Səfər çərçivəsində iqtisadi, neft-qaz, hərbi-texniki, humanitar və digər sahələrdə münasibətlərin inkişafına dair müzakirələrin diqqət mərkəzində olduğunu deyən deputat əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın böyük potensialı var. Rusiya Prezidentinin qeyd etdiyi kimi, ötən ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.
Sevinc Fətəliyeva Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlərdən sitat gətirərək qeyd edib ki, səfər çərçivəsində müzakirə edilmiş və razılaşdırılmış məsələlər, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə imkan verəcək mühüm sənədlər imzalanıb.
Səfərin Azərbaycan-Rusiya əlaqələrinin inkişafı baxımından əhəmiyyətinə toxunan S.Fətəliyeva deyib: “Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığın bariz nümunəsidir. Həqiqətən də, iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır, uğurla inkişaf edir”.
Milli Məclisin deputatı bildirib ki, Rusiya-Azərbaycan münasibətləri regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir. Hər iki ölkə regional təhlükəsizlik və əməkdaşlığa xüsusi diqqət yetirir, bu prosesə əhəmiyyətli töhfələr verir. Səfər zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də diqqət mərkəzində oldu. Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır. “Hesab edirəm ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində əldə edilmiş razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr verəcək”, - deyə S.Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

