Tehranda OANA İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılışı olub
04.09.2018 [09:01]
Sentyabrın 3-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iclasda İranın İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşemi, bu ölkənin mədəniyyət və islami irşad naziri Abbas Salehi, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov və Bolqarıstanın BTA Agentliyinin baş direktoru, 2019-2022-ci illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək Maksim Minçev çıxış ediblər.
Sonra İcraiyyə Komitəsinin sessiyası işə başlayıb.
Sessiyada Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Vyetnamın VNA Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi, Qətərin QNA Agentliyinin baş direktoru Yusif İbrahim əl-Maliki, həmçinin Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, Monqolustanın MONTSAME, Bəhreynin BNA, İndoneziyanın ANTARA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Qurumun baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçən işçi iclasda AZƏRTAC tərəfindən OANA-nın işinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər müzakirə edilib. Müzakirələr zamanı bir sıra agentliklər bu təkliflərin OANA-nın işinin səmərəliliyini artıracağına əminliklərini bildiriblər, onların qəbul olunmasına razılıqlarını ifadə ediblər.
Yonhap agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinhyunq iclasda çıxış edərək OANA-nın Baş Assambleyasının 2019-cu il noyabrın 6-9-da Seul şəhərində keçirilməsi üçün ciddi hazırlıq işlərinin aparıldığını deyib.
Tədbirdə, həmçinin İranın İRNA agentliyinin 2022-ci ildə OANA-ya prezidentliyi məsələsi də müzakirə olunub. Bu təşəbbüs İcraiyyə Komitəsinin üzvləri tərəfindən qəbul olunub və səsə qoyulması üçün OANA-nın Baş Assambleyasına təqdim ediləcəyi bildirilib.
VNA agentliyinin baş direktoru Nguyen Duk Loi çıxış edərək deyib ki, Vyetnam hökuməti OANA İcraiyyə Komitəsinin növbəti iclasının 2019-cu il aprelin 18-21-də Hanoyda keçirilməsini təklif edir.
Həmçinin Monqolustanın MONTSAME Milli Xəbər Agentliyinin OANA İcraiyyə Komitəsinin iclasına 2020-ci ildə ev sahibliyi etmək istədiyi, Türkiyənin Anadolu agentliyinin də belə tədbirin keçirilməsində maraqlı olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

