Prezident İlham Əliyevin Soçi səfəri Rusiya mətbuatının diqqət mərkəzindədir
04.09.2018 [09:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri bu ölkənin aparıcı mətbuat orqanlarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın başlıca federal televiziya kanalları və aparıcı nəşrləri Azərbaycan liderinin qonşu ölkəyə səfərinin yekunlarını yüksək qiymətləndirib.
“Rossiyskaya qazeta” yazır ki, prezidentlərin Soçi görüşünün yekunlarına dair bir çox mühüm hökumətlərarası, müəssisələrarası sənədlər imzalanıb. Qəzet Vladimir Putinin fikirlərinə istinad edərək yazır: “Ölkələr arasında iqtisadi əlaqələr intensiv inkişaf edir. Ötən il əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2 milyard dollara çatıb. Danışıqların yekunlarına dair iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid təsdiqlənmiş 5 “yol xəritə”si əmtəə dövriyyəsini daha da artırmağa, inteqrasiya əlaqələrini intensivləşdirməyə imkan verəcək”.
“Rossiyskaya qazeta” yazır ki, Rusiya və Azərbaycan liderləri nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığa xüsusi önəm veriblər. Prezidentlər “Şimal-Cənub” dəhlizini ən perspektivli layihə adlandırıblar. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək.
Qəzet Prezident İlham Əliyevin çıxışından sitat gətirərək yazır: “Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.
“Rossiyskaya qazeta” prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrinə də yer ayırıb. Qəzet Prezident Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlərini sitat gətirib.
Azərbaycan Prezidentinin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında dedikləri də Rusiya oxucularına təqdim olunub. Azərbaycan Prezidenti deyib: “Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.
Soçidə Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərdən bəhs edən “Kommersant” qəzeti yazır ki, iki ölkə arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb. Qəzet yazır: “Bundan əlavə Rusiya və Azərbaycan “Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlar”.
“Rosneft” və SOCAR, habelə “Qaz Avtomobil Zavodu” QSC ilə “Azərmaş” ASC arasında da müqavilələrin bağlanması “Kommersant” qəzetinin yazılarında qeyd olunub.
Sonda Prezident İlham Əliyevin rusiyalı həmkarını Azərbaycana səfərə dəvət etdiyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

