Robert Koçaryanın yeni cinayətləri ortaya çıxır
12.09.2018 [08:47]
Onun təkcə Azərbaycan xalqına deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törətdiyi bir daha sübut olunur
Cinayət məsuliyyətinə cəlb olunması gündəmdə olan Ermənistanın eks-prezidenti Robert Koçaryanın xaricə qaçmaq cəhdi alınmayıb. Belə ki, onun təkrar məsuliyyətdən yayınmasının qarşısı alınıb, pasportu da müsadirə olunub. Hüquq-mühafizə orqanları buna əsas kimi R.Koçaryanın barəsində ölkəni tərk etməmək haqqında qərarı göstərib. Çünki məlum istintaq işində o, konkret olaraq Ermənistan vətəndaşlarına qarşı cinayət törədən əsas şübhəli şəxslərdən biri hesab edilir.
Xatırladaq ki, iyul ayının 28-də konstitusiya quruluşunu devirməkdə günahlandırılaraq iki ay müddətinə həbs edilən eks-prezident R.Koçaryan təxminən 10 gün sonra apelyasiya məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Həbsdən çıxdıqdan bir qədər sonra daşnakların telekanalına müsahibə verən Koçaryan siyasətə qayıtdığını elan etsə də, ona açıq şəkildə “yiyə duran” olmayıb. Üstəlik, onun yenidən həbsi üçün kassasiya məhkəməsinə müraciət olunub. Avqustun 20-də onun evində və ofisində axtarış aparılıb. Həmin dövrdən başlayaraq erməni mətbuatında hakimiyyətdə olduğu dövrdə Koçaryanın erməni əhalisinin başına açdığı bəlalar haqqında konkret faktlarla yazılara geniş yer verilib.
Məlum olduğu kimi, siyasi fəaliyyəti sovet dövrünə qədər gedib çıxan R.Koçaryanın ilk cinayətləri Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı təşkilatların yaradılmasından başlanıb. Koçaryan SSRİ-nin dağılması prosesində qanunsuz silahlı dəstələrin formalaşdırılmasına və təkcə Ermənistandan deyil, xaricdən də gələn terrorçu ermənilərin silahlı dəstələrinin Dağlıq Qarabağda yerləşməsi üçün şərait yaradılmasına və Xocalı soyqırımının törədilməsinə, bölgənin və ətraf rayonların işğalına bilavasitə rəhbərlik edənlərdəndir. Bu cinayətkar atəşkəs elan olunandan sonra Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmağın ən məqbul yolunu Ermənistanda hakimiyyətin ən yüksək pilləsində oturmaqda görüb.
1998-ci ildə buna nail olan R.Koçaryanın Ermənistan əhalisinə qarşı cinayətləri də həmin dövrdən başlayır. 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentində törədilən dövlət terrorunun başında da məhz R.Koçaryanın dayandığı barədə hazırda erməni mətbuatında açıq və geniş müzakirələr gedir. Çünki həmin hadisə nəticəsində R.Koçaryanın əsas rəqibləri - qanunverici və icraedici hakimiyyətin rəhbərləri sıradan çıxarılıb. Bundan sonra tam şəkildə hakimiyyətə yiyələnən R.Koçaryan erməni xalqına divan tutmağa başlayıb. Bu şəxsə etiraz edənlər hərbi xunta rejiminin özünəməxsus metodları ilə aradan götürülüb, etiraz aksiyaları isə qəddarlıqla dağıdılıb.
Hazırda erməni mətbuatı R.Koçaryanın vətəndaşlara qarşı fərdi şəkildə törətdiyi dəhşətli cinayətlərdən nümunələri yayımlayır. Məsələn, bəzi erməni saytlarında yer alan bir cinayət faktı R.Koçaryanın təkcə siyasi rəqiblərinin deyil, hətta adi bir epizoda görə tanımadığı insanların həyatına son qoya biləcək qədər qəddar və dəhşətli insan olduğunu bir daha üzə çıxarır. Həmin fakta əsasən, 25 sentyabr 2001-ci ildə Gürcüstanın Cavaxetiya bölgəsindən İrəvana qonaq gələn Poğos Poğosyan dostları ilə “Parus” kafesində dincələrkən “caz zövqünü zənginləşdirmək” məqsədi ilə oraya təşrif buyuran R.Koçaryanı görəndə içkinin təsirindənmi, yoxsa prezidenti gördüyündənmi sevincək şəkildə “Privet, Rob” ifadəsini işlədib. Bu ifadə isə həmin kafedəcə onun həyatının sonunu gətirib. Belə ki, dərhal R.Koçaryanın cangüdənləri onu kafenin tualetində ölənə qədər döyüblər. Prezidentin isə bu hadisəyə görə ruhu belə inciməyib, cinayətə görə həbs olunan cangüdəni, “Kuku” ləqəbli Ağamal Harutyunyan isə, sadəcə, iki il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına layiq görülüb.
Xatırladaq ki, R.Koçaryan məhkəmə zalından buraxılanda İrəvan əhalisinin etiraz aksiyasında şüar kimi işlətdiyi “Privet, Rob” şüarının tarixçəsi də məhz həmin cinayətlə bağlıdır. İki sözə görə törədilən həmin cinayətin digər maraqlı məqamları da var. Belə ki, həmin vaxt bu dəhşətli cinayət hadisəsindən yazmaq qadağan olunub. Çünki 27 oktyabr 1999-cu il terrorçuluq hadisəsindən sonra Ermənistanda elə bir terror ab-havası var idi ki, “Parus” kafesində baş verən cinayətlə əlaqədar ictimaiyyətə məlumat verməyə heç kim cəsarət edə bilməzdi. Yalnız jurnalist Mark Qriqoryan bu haqda yazırdı, tezliklə ona qarşı sui-qəsd cəhdi oldu və ölkəni tərk edən bu şəxs uzun illər Böyük Britaniyada yaşamaq məcburiyyətində qaldı. Bu hadisənin digər tərəfi isə Daşnaksutyun Partiyası ilə bağlıdır. Erməni mətbuatı yazır ki, Vahan Ovanesyanın başçılığındakı partiya üzvləri P.Poğosyanın məzarı başında onun intiqamını almağa and içiblər. Amma həmişə olduğu kimi, daşnaklar separat danışıqlara gedərək P.Poğosyanın qanı bahasına R.Koçaryandan koalisiya hökumətində vəzifə əldə ediblər. İndi də daşnaklar həmin ampluadadırlar, R.Koçaryanın müsahibələrini onlara məxsus “Yerkir media” telekanalı yayımlayır.
Bu hadisə R.Koçaryanın ayrı-ayrı şəxslərə qarşı törətdiyi cinayətlərdən, sadəcə, biridir. Onun yaratdığı kriminal rejim bütün dövrlərdə əhaliyə qarşı bu şəkildə müxtəlif cinayətlərə əl atıb. Bunlardan kütləviliyinə görə seçilən isə 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının gülləbaran edilməsidir. Yuxarıda qeyd olunduğu kimi, R.Koçaryanın da cinayət məsuliyyətinə cəlb olunduğu istintaq işi üzrə dindirilən yüksəkrütbəli şəxslər eks-prezidentin bilavasitə günahkar olduğunu etiraf ediblər. Həmin hadisələr zamanı daxili qoşunların komandanı olmuş Qriqor Qriqoryan və digərləri istintaq ifadələrində dinc aksiya iştirakçılarına atəş açmağa göstərişi həmin vaxt prezident olan R.Koçaryandan aldıqlarını və 10 nəfər Ermənistan vətəndaşının həlak olması ilə nəticələnən əməliyyatın sifarişçisinin eks-prezident olduğunu deyiblər.
Beləliklə, Koçaryanın təkcə Azərbaycan xalqına deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törətdiyi bir daha sübut olunur. Bu isə onu deməyə əsas verir ki, Koçaryan və onun əlaltıları hakimiyyəti qorumaq üçün öz xalqına qarşı silah işlətməkdən belə çəkinməyiblər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

