“Jewish Journal” nəşri əslən Bakıdan olan görkəmli alim Lev Landau haqqında yazıb
15.09.2018 [10:10]
Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevin məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Lev Landau: Azərbaycandan olan, Nobel mükafatına layiq görülmüş dahi yəhudi fizik” sərlövhəli materialda əslən Bakıdan olan görkəmli alim Lev Landaunun həyatından və elmi nailiyyətlərindən bəhs edilir. Müəllif yazır ki, Landau 1962-ci ildə maye heliumun kondensasiyalı vəziyyətinin novator nəzəriyyələrinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb.
Landau 1908-ci il yanvarın 22-də Azərbaycanın paytaxtı Bakıda yəhudi ailəsində anadan olub. Onun atası Bakıda neft sənayesində çalışan görkəmli mühəndis idi, ixtisasca fizik olan anası isə Bakıdakı yəhudi orta məktəbində, habelə Bakı Dövlət Universitetində dərs deyib.
M.Yevdayev öz məqaləsində Landaunun elmi fəaliyyəti və bu yolda qazandığı uğurlar barədə söhbət açır. 1929-cu ildə Rokfeller Təqaüdü Fondunun dəstəyi ilə Avropaya on səkkiz aylıq elmi səyahətə çıxan Landau Almaniya, İsveçrə, Böyük Britaniya, Niderland, Belçika və Danimarkada tədqiqatlar aparıb, elmi konfranslarda iştirak edib.
Müəllif yazır ki, Landau öz mədəni tolerantlığı ilə məşhur olan Azərbaycanda doğulub və bir neçə il bu ölkədə yaşayıb. Bu diyarda cəmiyyətin bütün başqa üzvləri ilə bərabər hüquq və azadlıqlardan istifadə edən yəhudi uşaqlar öz məqsədlərinə doğru irəliləmək, məşhur alim olmaq imkanına malikdir. Azərbaycan Ali Məhkəməsinin hakimi Tatyana Qoldman, Azərbaycan parlamentinin deputatı Yevda Abramov, yəhudi həkim və alim Qavriil İlizarov, Azərbaycanın yəhudi millətindən olan digər tanınmış liderlərin və qəhrəmanların nümunəsi buna əyani sübutdur.
Lev Landau Azərbaycan xalqı və bu ölkədə yaşayan yəhudilər üçün həmişə qürur obyekti olub. Burada müxtəlif etnoslara mənsub olan, dini ənənələri fərqli olan insanlar əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayır. Bakıda görkəmli alimin doğulduğu binada xatirə lövhəsi vurulub. Bundan əlavə, Bakının mərkəzində ən gözəl küçələrdən birinə Landaunun adı verilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58

