/ / Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan: 1918-ci ildə Bakıda erməni daşnakları ilə mübarizə türk əsgəri üçün vicdan borcuna çevrilmişdi
Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan: 1918-ci ildə Bakıda erməni daşnakları ilə mübarizə türk əsgəri üçün vicdan borcuna çevrilmişdi
15.09.2018 [10:19]
Azərbaycan mənim üçün fərqli bir ölkədir. Burada özümü vətənimdəki kimi hiss edirəm. Mənim qəlbimin bir hissəsi daim bu ölkədədir. Babalarım Ənvər paşanın və Nuru paşanın ruhu Azərbaycandadır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan bildirib. Osmanlı dövlətinin 1918-ci ildə Azərbaycana göstərdiyi kömək barədə danışan Arzu xanım qeyd edib ki, erməni-daşnak, bolşevik qüvvələri Azərbaycanla Anadolu arasında o dövrdə inkişaf etməkdə olan münasibətlərə zərbə vurmaq üçün işğalçılıq siyasətinə əl atdılar. Bu zaman Azərbaycandan Ənvər paşaya müraciətlər başladı və bütün maneələrə baxmayaraq, bu çağırışlar qısa müddətdə Qafqaz İslam Ordusunun təşkili və fəaliyyətə başlaması ilə cavablandırıldı: “Babam Ənvər paşanın bu qərarı verməsinə yalnız bir səbəb var idi - Azərbaycandakı qardaşlarını erməni daşnaklarından xilas etmək”.
Arzu Ənvər Əroğan bildirib ki, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsini əks etdirən maraqlı tarixi faktlar da mövcuddur. Xəlil paşa o günləri belə xatırlayırdı: “Azərbaycanın təlim görmüş ordusu yox idi. Bakı ingilislər və onlara kömək edən daşnaklar və bolşeviklər tərəfindən işğal ediləndə mənə Şərq orduları komandanlığı vəzifəsi verildi. Ənvər paşa Bakı istiqamətində hərəkətə keçəcək İslam Ordusu yaratmaq qərarına gəldi. Qurulacaq bu ordunun komandanlığını da qardaşım oğlu Nuruya verdi. Nuru paşa Ənvər paşanın qardaşıdır. Biz birlikdə döyüşmüşdük. Balkan cəbhəsində, I Dünya müharibəsi zamanı ona önəmli vəzifələr verilmişdi...”
Ənvər paşanın nəvəsi vurğulayıb ki, 1918-ci ildə Bakıda erməni daşnakları ilə mübarizə türk əsgəri üçün vicdan borcuna çevrilmişdi. O dövrdə və ondan əvvəlki hadisələr yazışmalarda qeyd olunurdu və 1918-ci ilin avqustunda Bakı əhalisinin Qafqaz İslam Ordusuna göndərdiyi müraciətin son cümlələri belə idi: “...Əgər siz bu böyük İslam şəhərini tuta bilməsəniz, Allah deyənlərin varlığını aradan qaldırmaq istəyən və qaldıran düşmənlər öndən və arxadan sizi əhatə edəcək, qıcanan dişlər yeni zülmlər üçün itilənmiş olacaq. Lakin sən, ey türk əsgəri, ingilislərin gücünü öz hesabına Çanaqqalada qırdın, onların güllələrinə, ən böyük hərbi gəmilərinə aylarla sinə gərdin. Türk adını ucaldan Çanaqqala, Kut-ül Amarə, Galisiya, Rumıniyadan sonra Qafqaza gələcəksən və Bakı şəhəri də igidlik tacının bir almaz daşı olacaq...”
Arzu Ənvər diqqətə çatdırıb ki, 1918-ci ildə daşnak-bolşevik qüvvələrinə qarşı aparılan mübarizənin bu gün müsbət nəticələri göz önündədir. Minlərlə şəhidin qanının töküldüyü torpaqda müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, bu gün ortaq inkişafa imkan yaradan əsl münasibətlərin möhkəm təməlləri qurulub. Ulu öndər Heydər Əliyevə və Onun davamçısı Prezident İlham Əliyevə, eləcə də Türkiyə rəhbərlərinə münasibətlərin inkişafına verdikləri böyük töhfələrə görə daim böyük minnətdarlıq düşür.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

