/ / Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşünün Ermənistanda keçirilməsi heç bir məntiqə sığmır
Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşünün Ermənistanda keçirilməsi heç bir məntiqə sığmır
06.10.2018 [10:39]
Xocalı soyqırımını törətmiş, bir milyona yaxın azərbaycanlının hüquqlarını pozmuş bir ölkənin insan hüquq və azadlıqları ilə bağlı sammitə ev sahibliyi etməsi yolverilməzdir
Xəbər verildiyi kimi, oktyabrın 11-12-də Ermənistanda Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşünün keçirilməsi planlaşdırılır. Məlum olduğu kimi, Beynəlxalq Frankofoniya Təşkilatı əsasən fransız dili və mədəniyyətinə yaxınlıq amili üzərində qurulub. Təşkilatın nizamnaməsində həmçinin bu qurumun dünyada sülh və əmin-amanlıq, insan hüquq və azadlıqlarının qorunması uğrunda mübarizə apardığı da bildirilir. Əslində, ziddiyyət də məhz buradadır. Çünki Ermənistan fransız dili və ya mədəniyyətinə yaxın bir ölkə deyil. Bu azmış kimi, əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edir. Ən əsası isə, BFT-nin üzvləri olan ölkələr istər ayrı-ayrılıqda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyıb, hətta bir çox hallarda bu işğal faktını qəti şəkildə pisləyiblər. Üzvlərin bir qismi Avropa Şurasında və digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyiblər.
Digər tərəfdən, Ermənistan bir ölkə olaraq hazırda səfalət içərisində yaşayır və sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tuturlar. Ölkədən köçün miqyası ildən-ilə artır. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirməkdədir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov da qeyd edib ki, bu təşkilatın öz zirvə görüşünü Ermənistanda keçirməsi heç bir məntiqə sığmır. Əsasən fransızdilli ölkələri öz ətrafında birləşdirən BFT-nin birdən-birə Ermənistanda hansı zərurətdən zirvə görüşü təşkil etməsi və ya buna razılaşması anlaşılan deyil. Çünki bu ölkənin fransız dili və ya mədəniyyəti ilə əlaqəsi olmadığı kimi, işğalçı və təcavüzkar siyasəti ilə qurumun nizamnaməsində göstərilən dəyərlərə hörmət etmədiyi də ortadadır: “Ermənistan bu gün, demək olar ki, bütün sferalarda böhranın içində çalxalanır. İllərdir ki, davam etdirdiyi işğalçılıq siyasəti nəticəsində iqtisadi durumu acınacaqlı vəziyyətdə olan bu ölkədə siyasi çaxnaşmalar, qarşıdurmalar davam etməkdədir. Adi normal kommunikasiyası belə mövcud olmayan Ermənistanda kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Hazırda bu ölkədə elə bir vəziyyət yaranıb ki, orada heç kimin hüquqları tanınmır və təhlükəsizliyi təmin edilmir. Bu mənada, öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyini necə təmin edə bilər? Təkmillətli və təkdinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünyagörüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək? Təhlükə hiss etdikdə öz xalqını belə gülləbaran etməyə çəkinməyən Ermənistan güc strukturları nümayəndə heyətlərinin qeydinə qalacaqmı? Əlbəttə ki, yox. Bu ölkədə adi insan hüquq və azadlıqlarına belə hörmət göstərilmir. Belə bir mənzərə qarşılığında Ermənistanın hər hansı bir zirvə görüşünə ev sahibliyi etməyə çalışması gülüncdür”.
Milli Məclisin deputatı Sevinc Hüseynova da Ermənistanın belə bir tədbirə ev sahibliyi etməsinin mümkünsüzlüyünü önə çəkib. Millət vəkili bildirib ki, dünyanın ən böyük qətliamlarından birini - Xocalı soyqırımını törədən, BMT TŞ-nin qətnamələrini saymayan, Azərbaycanın ərazi bütövlüyünü pozmuş, bir milyona yaxın insanı öz doğma yurd-yuvasından didərgin salmış bir dövlətin insan hüquq və azadlıqlarından, sülhdən danışmağa haqqı çatmır: “Digər tərəfdən, Ermənistanın bütün məsələlərdən öz siyasi maraqları üçün istifadə etdiyi bəllidir və bu tədbirdə də təxribatçı əməllərə əl atılacağını, tədbirin gündəliyinin siyasiləşdirilməsinə çalışılacağını proqnozlaşdırmaq mümkündür. Bu mənada ki, həmin təşkilata üzv olan dövlətlər arasında ölkəmizlə yaxın əməkdaşlıq əlaqələrinə malik, bir sıra beynəlxalq təşkilatlarda, eləcə də İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətlər də var. İnanırıq ki, Avropa Şurası və İƏT-ə üzv, eləcə də digər dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistan hakim dairələrinin Azərbaycana qarşı propaqanda məqsədli addımına mane olacaqdır. Elə Frankofoniya təşkilatının lideri hesab olunan Fransanın özünün Minsk qrupunun həmsədri kimi neytrallığını, imicini və bir tərəfdaş kimi Azərbaycandakı iqtisadi maraqlarını qorumaq naminə Ermənistanın özündə belə bir təxribatçı addımı əngəlləyən əsas ölkə olacağına ümid edirik. Nəticə etibarı ilə, Ermənistan bir daha fiaskoya uğrayacaq və bu sammitdən “lazımi şəkildə” faydalana bilməyəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

