Dağlıq Qarabağ münaqişəsi mitinqlərdə həll olunmur
09.10.2018 [08:56]
Eldar İbrahimov: Torpaqlarımızın işğaldan azad olunması ümummilli məsələmizdir və biz dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasəti dəstəkləyirik
Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdur:
- Eldar müəllim, məlum olduğu kimi, Azərbaycan bütün dövlətlərlə, xüsusilə öz qonşuları ilə yüksək əlaqələrə malikdir. Bu baxımdan, Azərbaycan-Rusiya əlaqələri böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, sentyabrın 27-də Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri hələ də gündəmin əsas mövzularından biridir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 27-də Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Bu, Vladimir Putinin Azərbaycana son 5 il ərzində 4-cü səfəri, son 1 ayda isə Azərbaycan Prezidenti İlham Əliyevlə ikinci görüşü idi.
Cənab Putinin səfərinin məqsədi əvvəlcədən elan edildiyi kimi, daha çox Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatını izləmək və IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılmaq olsa da, təbii ki, səfər zamanı iki dövlət başçısının keçirdiyi təkbətək görüşdə digər bir sıra mühüm məsələlər də müzakirə mövzusu oldu. İki ölkə rəhbərinin təkbətək görüşündə həm cüdo yarışlarının ölkəmizdə keçirilməsi, həm də növbəti Forumun reallaşması məsələsinə toxunuldu.
Rusiya Prezidenti cüdo üzrə dünya çempionatının peşəkarlıqla təşkil edildiyini deyərək, Bakıda keçirilən yarışın təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfə olduğunu bildirdi. Daha sonra Forum haqqında danışarkən “Əlbəttə ki, bu gün Regionlararası Forumda bizim iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir”, - dedi və bu yaxınlarda dövlət başçılarının Soçi görüşünün əhəmiyyətini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev də bu səfərin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Dövlətimizin başçısı, həmçinin “Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük”, - deyərək bunun münasibətlərin səviyyəsinin parlaq göstəricisi olduğunu vurğuladı.
Beləliklə, hər iki dövlət başçısı cüdo yarışlarını izlədi, sonra isə Forumun açılış mərasiminə qatılaraq, orada geniş nitq söylədilər. Hər iki çıxışda da münasibətlərin yüksək səviyyəsindən, əldə edilən iqtisadi, siyasi, ticari, mədəni-humanitar uğurlardan, onların davam etdirilməsindən, əlaqələrin gələcək inkişafından bəhs edildi. Ən əsası, bu qarşılıqlı münasibətlərin və əlaqələrin hər iki xalqın və dövlətin mənafelərinə cavab verməsindən məmnunluq dilə gətirildi.
- Burada vacib məqamlardan biri də həmin səfərin BMT Baş Assambleyasının növbəti sessiyası günlərinə təsadüf etməsi idi. Bildiyimiz kimi, BMT Baş Assambleyasında Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-konstruktiv çıxış etdi...
- Bəli, həmin səfər Ermənistanın avantürist və artıq hər kəsin qeyri-ciddi şəxs kimi qəbul etdiyi baş naziri Paşinyanın BMT-nin ali kürsüsündən erməni mahiyyətinə uyğun çıxışı ərəfəsində baş tutdu. Əslində, Rusiya Prezidentinin ölkəmizə səfəri Ermənistana və küçə psixologiyasından uzaqlaşmayan, Gümrü və İrəvan küçələri ilə BMT kürsüsünü səhv salan Paşinyana bir mesaj idi. Yəni cənab Putin bu səfəri ilə Ermənistan rəhbərliyinə açıq-aşkar inanmadıqlarının, güvənmədiklərinin və etibar etmədiklərinin mesajını vermiş oldu. Eyni zamanda, bu bölgədə əsas söz və nüfuz sahibi kimi Azərbaycanın önəminə diqqət çəkmiş oldu.
Bildiyiniz kimi, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra Paşinyan tələm-tələsik Moskvaya səfər edərək, Vladimir Putinlə görüşdü. Həmin görüşdə Ermənistana, onun baş nazirinə güvənsizlik açıq-aşkar sezilirdi. Ancaq Putinin Azərbaycana səfərində, Azərbaycan Prezidenti ilə görüşündə tamam başqa ab-hava, mənzərə vardı. Yəni ölkəmizə, onun rəhbərinə əsl dostluq və səmimiyyət üzərində qurulan bir münasibət vardı. Bu, ermənilərə, onların baş nazirinə ciddi dərs, mesaj və siqnal olmalıdır. Bu, əlbəttə ki, bizim üçün çox vacib və əhəmiyyətli məqamlardandır. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin, əlaqələrin, əməkdaşlığın bu inkişaf səviyyəsi, bu tempi qorunub saxlanılmalı və inkişaf etdirilməlidir. İnanırıq ki, belə də olacaq.
Bəllidir ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynayır. Rusiyada da bilirlər ki, işğalçı Ermənistanın yeni hakimiyyəti Rusiyaya qarşı səmimi deyil. Buna görə də Rusiyanın bu münaqişənin ədalətli həlli istiqamətində səylərini artıracağına ümid etmək olar.
- MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın arasında söhbət oldu. Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan bu görüş haqqında fikirlərinizi bilmək istərdik...
- Bəli, Tacikistanda keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri söhbət ediblər. Söhbət zamanı təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb. İndiyə qədər Paşinyan Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakından danışırdı. Artıq Azərbaycan Prezidentinin siyasi iradəsinin və güclü mövqeyinin nəticəsində Paşinyan, öz mövqeyindən geri çəkildi. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur.
- Eldar müəllim, bu günlərdə bir qrup insan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bakıda mitinq keçirdi. Bu mitinqə münasibətiniz necədir?
- Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, münaqişənin ədalətli həlli dövlətimizin siyasətinin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev bütün səviyyələrdə, beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı ölkəmizin prinsipial mövqeyini qətiyyətlə bəyan edir. Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğalçılıq siyasətinə son qoymalı, onun hərbi birləşmələri torpaqlarımızdan çıxmalı, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtmalıdırlar. Dağlıq Qarabağa isə Azərbaycanın tərkibində müəyyən status verilə bilər.
Azərbaycanın bu mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Həm BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, həm də digər beynəlxalq qurumların sənədlərində ölkəmizin ərazi bütövlüyü dəstəklənir. Qeyd etdiyim kimi, dövlətimiz bu istiqamətdə siyasətini davam etdirir və diplomatik cəbhədə böyük uğurlar qazanır.
Ona görə də, qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi mitinqlərdə həll olunmur. Həmin mitinqin təşkilatçıları, çıxış edənlər, sadəcə, siyasi dividend qazanmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, bu məsələ möhtərəm Prezidentimizin daimi nəzarətindədir və gündəliyin əsasını təşkil edir.
- Amma həmin mitinq ərəfəsində bəzi KİV-lər sizin bu aksiyanı dəstəklədiyinizi yazmışdı və adınızdan bir açıqlama da verilmişdi. Siz sonra bu məlumatı təkzib etmisiniz...
- Bəli, bu mitinqlə bağlı bir jurnalist mənə telefonla sual vermişdi. Amma mənim fikirlərimi saytda düzgün verməmişdi və müəyyən qədər təhrif olunmuşdu. Ona görə də mən həmin jurnalistə və saytın rəhbərliyinə iradlarımı bildirdim. Jurnalist tənbeh edildi və bu açıqlama saytdan çıxarıldı.
Yenə də qeyd edirəm ki, torpaqlarımızın işğaldan azad olunması bizim ümummilli məsələmizdir və biz hamımız cənab Prezidentimizin bu istiqamətdə həyata keçirdiyi siyasəti dəstəkləməliyik. Mən inanıram ki, məhz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan tam azad olunacaqdır. Son vaxtlar - 2016-cı ilin aprel qələbələri və bu ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində 11 min hektar ərazinin işğaldan azad olunması buna əyani sübutdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

