/ / Hikmət Hacıyev: Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb
Hikmət Hacıyev: Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb
16.10.2018 [08:47]
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərində, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıb. Azərbaycan Respublikası, sözün əsl mənasında, müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir. Etiraf etmək lazımdır ki, dünya miqyasında heç də hər bir dövlət müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Azərbaycan xalqı daxili siyasətdə olduğu kimi, xarici siyasət sahəsində də dövlət başçısının yürütdüyü xətti tam şəkildə dəstəkləyir.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan xarici siyasət sahəsində nailiyyətlərini Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü, erməni lobbi dairələri və onların havadarlarının respublikamıza qarşı apardığı psixoloji müharibə və dezinformasiya kampaniyalarına baxmayaraq əzmlə davam etdirir. Məqsədyönlü fəaliyyətin nəticəsidir ki, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllini dəstəkləyir.
Mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan sabitlik adasıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanda sabitlik və təhlükəsizlik tam şəkildə təmin olunub, ölkəmizdə daxili risk mənbələri mövcud deyil. Çevik və prinsipial xarici siyasət vasitəsilə xaricdən olan hədə və təhdidlərin qarşısı alınır, ölkəmiz ətrafında xoşməramlı əməkdaşlıq mühiti və daxili inkişaf üçün münbit zəmin yaradılır. Eyni zamanda, ölkəmizin daxili inkişafı xarici siyasətimizin müstəqilliyini və strateji manevr qabiliyyətini təmin edir. Gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası beynəlxalq münasibətlərin layiqli, etibarlı və məsuliyyətli üzvüdür. Ölkəmizin malik olduğu nüfuz və diplomatik resurslar yalnız yerləşdiyimiz regionla məhdudlaşmır, beynəlxalq xarakter daşıyır. İkitərəfli əməkdaşlığımızın coğrafiyası və məzmunu daim genişlənir, Azərbaycanın tərəfdaşlarının sayı artır. Ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh, sabitlik və çiçəklənmənin sərhədlərinin genişləməsinə töhfə verir. Başqa sözlə desək, Azərbaycan bu gün təhlükəsizliyin və sabitliyin ixracatçısıdır. Həmçinin Azərbaycan müasir dövrün hədə və təhdidlərinin qarşısının alınmasında beynəlxalq birliyin səylərini yaxından dəstəkləyir.
Bakı bu gün beynəlxalq münasibətlərdə diplomatik paytaxt rolunda çıxış edir. Tamamilə fərqli fikir və baxışlara, hətta ziddiyyətlərə malik ölkələr və təsisatların dialoq məkanı olaraq Bakını seçmələri heç də təsadüfi deyil.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən üçtərəfli regional əməkdaşlıq formatı beynəlxalq səviyyədə diplomatik yenilik kimi qəbul olunaraq, ikitərəfli əlaqələrimizi tamamlayır və yeni əməkdaşlıq imkanları yaradır.
Dənizlərə çıxışı olmayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb marşrutları üzrə dünya okeanlarını və qitələri birləşdirən nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan qlobal enerji təhlükəsizliyinə, o cümlədən Avropanın enerji təchizatına töhfə verən dövlətdir.
Fəal ikitərəfli diplomatik səylərimiz çoxtərəfli müstəvidə aparılan ardıcıl addımlarla müşayiət olunur. Beynəlxalq gündəlikdə duran fundamental məsələlər üzrə Azərbaycanın prinsipial və qəti mövqeyi var. İntensiv diplomatik rəqabət şəraitində 2012-2013-cü illərdə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadını bir daha nümayiş etdirdi. Azərbaycan şərəflə və yüksək peşəkarlıqla BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünü həyata keçirdi, beynəlxalq gündəm üçün aktual olan bir sıra təşəbbüslərin müəllifi kimi çıxış etdi.
Azərbaycanın Kimyəvi Silahların Qadağan olunması Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İcraiyyə Şurasında, 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) üzvlüyü, 2018-2022-ci illər üzrə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsində təmsil olunması beynəlxalq ictimaiyyətin ölkəmizə davamlı etimad və dəstəyinin göstəricisidir. Həmçinin 2019-2022-ci illərdə Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyi həyata keçirəcək.
Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda seyrçi mövqeyində deyil, təşəbbüskar rolunda çıxış edir və təşkilatların gündəliyinin formalaşdırılmasında öz mühüm rolunu oynayır. Tamhüquqlu üzv olduğumuz beynəlxalq təşkilatlarla bərabər, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlarla əməkdaşlıq əlaqələri də inkişaf etdirilir.
Dövlətimizin başçısının qayğısı və diqqəti əsasında ötən müddət ərzində xarici siyasət fəaliyyətimizin təlim-tədris və maddi-texniki bazası inkişaf etdirilib və möhkəmləndirilib. 80-ə yaxın ölkədə Azərbaycanın diplomatik nümayəndəlikləri mövcuddur. Bütün bu diplomatik nailiyyətləri Azərbaycan 15 illik qısa müddət ərzində əldə edib.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, uğurlu xarici siyasətin arxasında Prezident İlham Əliyevin düşünülmüş, məntiqli və təmkinli siyasəti, gərgin iş qrafiki, çoxsaylı və intensiv görüşləri, xarici səfərləri, mötəbər beynəlxalq tədbirlərdə çoxsaylı çıxışları, qəbul etdiyi çevik qərarları və verdiyi tapşırıq və təlimatları durur. Xarici siyasət fəaliyyəti, mahiyyət etibarilə, uzunmüddətli perspektivi əhatə edir. Dövlətimizin başçısının xarici siyasət sahəsində bu gün irəli sürdüyü bir sıra təşəbbüslər və layihələr var ki, Azərbaycan xalqı hələ qarşıdan gələn onilliklər ərzində onların bəhrəsini və faydasını görəcək.
Beynəlxalq ictimai-siyasi və elmi dairələrdə ölkələrin yürütdüyü xarici siyasət “smart”, “soft”, “hard power” və sair bu kimi müxtəlif nəzəri modellər, doktrina və konsepsiyalarla izah olunur.
Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət “Intelligent Foreign Policy” (müdrik, zəkalı xarici siyasət) kimi qiymətləndirilir və xarakterizə olunur.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29

