/ / Bəhruz Quliyev: Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir
Bəhruz Quliyev: Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir
18.10.2018 [08:19]
Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatını möhkəmləndirir, vətəndaşlarımızın sosial rifah halını yüksəldir. Bu baxımdan təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regional güc kimi diqqət cəlb etməkdədir. Bunu “Səs” Media Qrupunun rəhbəri, ekspert Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, bütün əldə olunan nailiyyətlərimiz həyatımızda olduğu kimi, beynəlxalq hesabatlarda da öz əksini tapır: “Məsələn, ötən gün Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı təqdim edilib. Tamamilə yeni metodologiya əsasında hazırlanmış hesabatda Azərbaycan nailiyyətləri və uğurları ilə ilk yerlərdə qərarlaşıb. Xüsusilə də hesabatda Azərbaycanın dünya səviyyəsində sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilməsi respublikamızda reallaşdırılan islahatların və görülən işlərin yüksək nəticəsini nümayiş etdirir”.
Ekspert qeyd edib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış transmilli layihələr də ölkəmizin dünyadakı nüfuzunu yüksəldir, əhəmiyyətini artırır və mövqeyini gücləndirir: “Bu, reallıqdır ki, birbaşa Azərbaycanın təşəbbüsü ilə Xəzər, Qara və Aralıq dənizləri hövzələrini birləşdirən TAP, TANAP, Cənub Qaz Dəhlizi artıq reallığa çevrilib, Qərblə Şərq arasında fasiləsiz nəqliyyat əlaqələrinin qurulması üçün Şimal-Cənub, Şərq-Qərb, eləcə də Avrasiya geostrateji məkanının önəmli layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə ən etibarlı nəqliyyat dəhlizi formalaşdırılıb, regionun ən böyük dəniz ticarət limanı yaradılıb və nəticə etibarilə Azərbaycan hazırda Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanıb. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan sürətli və dinamik inkişaf edən dövlətlərin sırasında yer alır”.
B.Quliyevin sözlərinə görə, bu gün dünyada ölkələr var ki, onların qaz, elektrik, yol problemləri var, amma Azərbaycan sosial infrastruktur sahəsində dünya ölkələrinə nümunə olacaq səviyyədə işlər görüb: “Elə hesabatda da Azərbaycanın əhalinin elektriklə təchizatı səviyyəsinə görə 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəldiyi vurğulanıb. Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın Türkiyə, Serbiya, Cənubi Afrika Respublikası, Xorvatiya kimi ölkələrlə eyni cərgədə durması ölkəmizin dinamik inkişafından və tərəqqisindən xəbər verir”.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

