/ / AZƏRTAC-da görüş: Çinli alim terrorizmin fəsadlarına dair kitabına Azərbaycan həqiqətlərini də daxil edəcək
AZƏRTAC-da görüş: Çinli alim terrorizmin fəsadlarına dair kitabına Azərbaycan həqiqətlərini də daxil edəcək
26.10.2018 [09:18]
AZƏRTAC ilə Sinxua arasında sıx əməkdaşlıq Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verir.
Bu fikri ölkəmizdə səfərdə olan Çinin Sincan-Uyğur Muxtar Vilayətinin mütəxəssis-ekspertlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Sosial Elmlər Akademiyasının Çin Sərhəd Tədqiqatları bölməsinin baş direktoru Si Guançenq oktyabrın 25-də AZƏRTAC-da keçirilən görüşdə deyib.
Azərbaycanda keçirdikləri görüşlərin əhəmiyyətini vurğulayan Si Guançenq bildirib ki, səfərin məqsədi ölkələrimiz barədə həqiqətlərin xalqlarımıza çatdırılması işinə töhfə vermək, qarşılıqlı mədəni əlaqələrin, tarix, mədəniyyət və din sahələrində mübadilənin inkişaf etdirilməsidir. Baş direktor Azərbaycan ilə Çinin Sincan-Uyğur Muxtar Vilayəti arasında müxtəlif sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın perspektivlərindən danışıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan ilə Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimizin iştirakı ilə Asiya və Avropanı birləşdirən nəhəng layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Prezidenti ilə Çin Sədri arasında olan səmimi münasibətlər bu əlaqələrin inkişafında mühüm rol oynayır.
Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün Pekinə səfərini, Sinxua agentliyinin prezidenti Çay Mincao və agentliyin nazir statusunda baş redaktoru Hi Pinq ilə görüşlərini xatırladan İdarə Heyətinin sədri AZƏRTAC-Sinxua əməkdaşlığından söhbət açıb, xalqlarımız arasında əlaqələrin dərinləşməsində hər iki ölkənin milli informasiya agentliklərinin göstərdiyi səyləri vurğulayıb.
Müasir dünyada baş verən terror aktlarının ağır fəsadlarından danışan Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının elmi işçisi Li Vei bildirib ki, Sincan-Uyğur Muxtar Vilayəti də uzun illər qarşıdurmalardan, terrordan əziyyət çəkib. “Mən dünyada baş verən qarşıdurmaları, terror aktlarını uzun illər araşdırdıqdan sonra bu barədə kitab yazıram. Kitabda təkcə Çində deyil, dünyanın müxtəlif yerlərində törədilmiş qanlı cinayətlər barədə məlumat verilir”, - deyə o əlavə edib.
Aslan Aslanov Li Veinin apardığı araşdırmanın böyük əhəmiyyət daşıdığını deyib və ümidvar olduğunu bildirib ki, çinli alim Ermənistanın Azərbaycanda törətdiyi terror aktlarını da araşdıraraq kitabına daxil edəcək. “Azərbaycan uzun illər erməni terrorundan əziyyət çəkib. Ermənistan tərəfindən ölkəmizin ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, işğal altında olan torpaqlarımızda bütün mədəni, tarixi, milli abidələrimiz, məscidlər məhv edilib. Ermənilər müasir dünyanın gözü qarşısında Azərbaycanın Xocalı şəhərində dəhşətli soyqırımı törədib, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakini qətlə yetiriblər. Hesab edirəm ki, bütün bunları Çin oxucusuna çatdırmaq çox vacibdir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Çinli alim Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən terror aktlarını, vandalizm hərəkətlərini araşdırıb bu barədə həqiqətləri də öz kitabına daxil edəcəyini bildirib.
Çinin Azərbaycandakı səfiri Vey Cinhuanın, elm xadimlərinin və jurnalistlərin də iştirak etdikləri görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

