/ / Con Boltonun ölkəmizə səfəri Azərbaycan-ABŞ əlaqələrinin inkişafı üçün əlverişli imkanlar yaradır
Con Boltonun ölkəmizə səfəri Azərbaycan-ABŞ əlaqələrinin inkişafı üçün əlverişli imkanlar yaradır
27.10.2018 [10:26]
ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə edib, respublikamızı Birləşmiş Ştatların bölgədə əsas tərəfdaşı adlandırıb
Milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanla münasibətlərin inkişafı ABŞ üçün də xüsusi strateji əhəmiyyətə malikdir. ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ölkəmizə və bütövlükdə Cənubi Qafqaz ölkələrinə səfəri zamanı səsləndirilən fikirlər - ifadə edilən reallıqlar bunu bir daha nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayan Con Bolton siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə də əlaqələrin önəminin artdığını bildirib.
ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamalarında daha çox Azərbaycanın adını çəkməsi, öz “twitter” hesabında da ölkəmizə və Azərbaycan Prezidentinə xüsusi təşəkkür etməsi ayrıca vurğulanmalıdır. O, keçirdiyi mətbuat konfranslarında və müsahibələrində Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayıb, Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırıb. C.Bolton Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə edib. O, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq ABŞ hökumətinin ölkəmizlə enerji, beynəlxalq terrorizmə, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu deyib.
Ümumiyyətlə, Con Boltonun ölkəmizə səfəri Azərbaycan-ABŞ əlaqələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. Səfər çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bəllidir ki, Azərbaycan bölgədə sülhə, regional əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verən ölkədir. Məlum olduğu kimi, Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla region ölkələri ilə işgüzar dostluq münasibətləri mövcuddur. ABŞ Azərbaycanın bu siyasətini anlayışla qəbul edir.
Yeri gəlmişkən, Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri zamanı regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də xüsusi diqqət mərkəzində olub. ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri İrəvanda olduğu zaman bildirib ki, yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə Ermənistanın dayanıqlı və suveren dövlət kimi inkişafı mümkündür. Azərbaycan da dəfələrlə bu mövqeyi ifadə edib ki, Ermənistanın normal dövlət kimi inkişafı yalnız münaqişənin həllindən sonra mümkündür.
Onu da xüsusi olaraq qeyd edək ki, Con Bolton Azərbaycana səfəri zamanı müxalifət nümayəndələri ilə görüşmək təşəbbüsündə olmayıb və buna müxalifətin mövcud vəziyyətinə ABŞ və Qərb tərəfindən verilmiş qiymət kimi baxılmalıdır. Görünən odur ki, artıq müxalifətin real qüvvəyə malik və ölkəmizdəki daxili proseslərə, ictimai rəyə heç bir təsiri olmadığı Qərb tərəfindən nəzərə alınır. Onlar bütün əməkdaşlıq perspektivlərini Azərbaycan iqtidarı ilə bağlayırlar. Digər tərəfdən, Con Boltonun açıqlamalarında Qərbin bəzi institutları tərəfindən digər ölkələrə təzyiq vasitəsi kimi istifadə edilən “demokratiya”, “insan haqları”, “söz azadlığı” kimi klişelərdən istifadə etməməsini də xüsusi vurğulamaq yerinə düşər. Onun mənsub olduğu administrasiyanın başqa ölkələrin seçimlərinə və suverenliyinə hörmətlə yanaşdığını qeyd etməsi, öz ölkəsinin kiməsə mühazirə oxumaq fikrində olmadığını diqqətə çatdırması təqdirəlayiq haldır. Başqa sözlə, bu, əvvəlki ABŞ iqtidarlarının digər ölkələrə “demokratiya” ixrac etmək, “dərs keçmək” iddialarından kəskin fərqlənən, beynəlxalq əlaqələrdə qarşılıqlı hörmətə və hüquqa söykənən prinsip kimi təqdir olunmalıdır. Beləliklə, nəzər saldığımız məqamlar Con Boltonun realist təfəkkürlü siyasətçi olduğunu, onun formadan çox məzmuna, prosesdən çox nəticəyə üstünlük verdiyini ifadə edir.
Nəticə etibarilə, Con Boltonun səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafı və regional təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40

