/ / Hikmət Babaoğlu: Humanitar Forum kimi tədbirlər həm regional, həm də qlobal əməkdaşlıq baxımından çox önəmlidir
Hikmət Babaoğlu: Humanitar Forum kimi tədbirlər həm regional, həm də qlobal əməkdaşlıq baxımından çox önəmlidir
27.10.2018 [10:33]
2008-ci il “Bakı Prosesi” ilə başlayan mühüm beynəlxalq tədbirlər ardıcıl olaraq keçirilməklə beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir. Belə tədbirlər istər regional, istərsə də qlobal əməkdaşlıq baxımından olduqca mühümdür. Bakı Beynəlxalq Humanitar Forumuna dünya dövlətlərinin və beynəlxalq təşkilatların marağının artması onunla əlaqədardır ki, hazırda ölkələrin bir araya gələcəyi və mövcud problemləri müzakirə edəcəyi belə bir məkan, demək olar ki, yoxdur. Yalnız Azərbaycanın həyata keçirdiyi unikal xarici siyasət nəticəsində ölkəmiz qlobal dialoq məkanına çevrilə bilib. Humanitar Forumun keçirilməsi və ona marağın olması üçün, ilk növbədə, bu Foruma ev sahibliyi edən ölkənin humanist dəyərlərə söykənən cəmiyyəti, multikultural və tolerant həyat tərzi olmalıdır ki, iştirakçı ölkələr də bunu bir nümunə hesab edərək məhz humanitar problemlərin müzakirə olunduğu bir məkan kimi buraya üz tutsunlar. Bu mənada Azərbaycan, sözün həqiqi mənasında, öz humanist dəyərləri, regionda həyata keçirdiyi sülhpərvər siyasətlə belə bir platformaya ev sahibliyi etməyi artıqlaması ilə haqq edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı”dır. Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud olan şərtlərə diqqət yetirsək görəcəyik ki, XXI əsrdə yeni düşüncəyə sahib humanist dəyərləri, yeni siyasi mədəniyyəti mənimsəmiş insanların “yeni dünya” yaratmasına ehtiyac var. Əks təqdirdə, XX əsrin sonlarından başlayaraq bu günə qədər davam edən qarşıdurmalar, müharibələr, toqquşmalar, ksenofobiya, islamofobiya kimi radikal tendensiyalar sülhün mövcud olduğu beynəlxalq münasibətlər nizamını inşa etməyə imkan vermir.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Foruma böyük diqqət göstərilir, çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar burada həvəslə iştirak edirlər. Altıncı Bakı Beynəlxalq Humanitar Forumunda 90-dan çox ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. Bu platforma təkcə beynəlxalq subyektlərin və milli aktorların dialoqu deyil, eyni zamanda, buraya təşrif buyuran 90-dan çox ölkənin, o cümlədən 24 beynəlxalq təşkilatın bir-biri ilə dialoq platformasıdır. Bu isə tədbirin əhəmiyyətini daha da artırır. Bu cür beynəlxalq tədbirləri keçirməkdə ölkəmizin başlıca məqsədi Azərbaycan həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktını dünyaya çatdırmaqdır. Ən əsası, bu problemin həlli ilə bağlı Azərbaycanın sülhpərvər mövqeyini göstərməkdir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu hər kəs bilir. Ancaq Azərbaycan bu problemin sülh yolu ilə həllində maraqlıdır. Ona görə də dünya ictimaiyyəti bunu qiymətləndirməlidir və Ermənistana təzyiq etməlidir ki, bu işğalçılıq siyasətinə son qoysun.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda nitq söyləyərək məhz bu həqiqətləri bir daha diqqətə çatdırdı, xalqımızın multikultural və tolerantlıq keyfiyyətini formalaşdıran tarixi əsaslara toxundu. Azərbaycanda tarixən mövcud olan atəşpərəstlik, xristian və islami dəyərləri, dini-etnik rəngarəngliyi milli zənginliyimiz kimi izah etdi. Dövlətimizin başçısı böyük sivilizasiya yaratmış bir xalqa qarşı ermənilərin törətdiyi soyqırımını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını dilə gətirirdi. Düşünürəm ki, Forum Ermənistanın işğalçı ölkə olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm bir tribuna oldu. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi, humanitar dəyərləri, insani duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər, heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də dünya ictimai rəyində Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

