/ / Qafqaz Müsəlmanları İdarəsinin sədri VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu ilə görüşüb
27.10.2018 [11:02]
Oktyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, şeyxülislam dünyanın siyasi, iqtisadi və dini zəmində narahat gündəm yaşadığı bir dövrdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını söyləyib və burada siyasi iradənin böyük önəm daşıdığını vurğulayıb. O əlavə edib ki, əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin qoyduğu din-dövlət münasibətləri hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlərboyu bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir.
Qonaqların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanı multikultural və tolerant ideyaların mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə, ölkəmizi qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atıb. Humanitar forumların mütəmadi şəkildə Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir.
Allahşükür Paşazadə Azərbaycanın dünyaya multikulturalizm, İslam həmrəyliyi ideyalarını təqdim etməklə qüdrətli ölkəyə çevrildiyini söyləyib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.
Mədəniyyət naziri Əbülfəs Qarayev Forum iştirakçıları ilə görüşün təşkilinə görə şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirərək qeyd edib ki, bu, Azərbaycan xalqına məxsus qonaqpərvərliyin bir nümunəsidir. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, bu, dünya miqyasında reallaşan böyük hadisədir. O vurğulayıb ki, Azərbaycan bütün dünyada sülhsevər və multikultural ölkə kimi tanınır və bu, daim belə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

