/ / Qondarma “Milli şura”da birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd edib
Qondarma “Milli şura”da birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd edib
20.11.2018 [09:11]
Milli Dirçəliş Günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya qondarma “Milli şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunub və onlar qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik ediblər
Cəmiyyətdə öz dayaqlarını itirmiş, siyasi elektoratı tükənmiş, yalnız sosial şəbəkələrdəki trollar vasitəsilə özündən “müxalifət partiyası” görüntüsü yaradan radikal müxalifət düşərgəsi milli dəyərlərə belə hörmət göstərmir, əksinə, ümummilli bayramları və tarixi günləri də öz varlıqlarını yada salmaq üçün istismar etməyə çalışır. Məsələn, qondarma “Milli şura”da birləşmiş bir qrup radikal düşərgə təmsilçiləri, mütəmadi olaraq məhz belə günlərdə qarışıqlıq yaratmağa, hansısa qeyri-qanuni addımları ilə yadda qalmağa cəhd edirlər.
Yeri gəlmişkən, noyabrın 17-də həmin bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Guya Milli Dirçəliş Günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya qondarma “Milli şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunub. Belə ki, məhz adıçəkilən şəxslər qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik ediblər.
Əli Kərimli və Cəmil Həsənli növbəti dəfə Şəhidlər Xiyabanından öz siyasi maraqları üçün istifadə etməyə çalışıblar
Beləliklə, Əli Kərimli, Cəmil Həsənli kimiləri siyasi səhnədən “itməmək”, özlərini vaxtaşırı yada salmaq üçün belə addımlardan istifadə edirlər və bu da hər zaman əks effektlə nəticələnir. Cəmiyyətimiz onların ölkədə qarışıqlıq yaratmaq üçün fürsət axtardığının bir daha şahidinə çevrilir. Bu məqamda qeyd etmək yerinə düşər ki, siyasi protokolların keçirildiyi məkanlar, tarixi-dini ziyarət yerləri kütləvi etiraz aksiyalarının keçirilməsi üçün ünvan kimi seçilə bilməz. Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də çox mühüm ziyarət yerlərindən biridir. Əli Kərimli ilə Cəmil Həsənlinin Şəhidlər Xiyabanından öz siyasi maraqları üçün istifadə etməyə çalışması heç də ilk belə cəhd deyil. Xatırladaq ki, bu il 20 Yanvar faciəsinin ildönümündə də radikal ünsürlər bu kimi təxribatçı davranışları ilə yadda qalmışdılar. Bu dəfə də qanunsuz aksiya keçirmək cəhdi üçün məhz həmin məkanın seçilməsi bir daha onların əsl məqsədlərini ortaya çıxarır. Yəni Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ziyarətindən siyasi manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışan, bundan siyasi dividend qazanmaq istəyən Əli Kərimli və Cəmil Həsənli növbəti dəfə hansı simaya malik olduqlarını Azərbaycan cəmiyyətinə açıq şəkildə nümayiş etdirdilər.
Radikal ünsürlər sabitliyi pozmaq və hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək üçün belə təxribatlar törədirlər
Bəli, sirr deyil ki, Əli Kərimli-Cəmil Həsənli cütlüyünün təhriki ilə keçirilən bu qeyri-qanuni aksiyada yalnız siyasi məqsədlər güdülüb. Əli Kərimli-Cəmil Həsənli cütlüyü, həmçinin onların ətrafındakı radikal ünsürlər sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək üçün belə təxribatlar törədirlər. Yəni görünən odur ki, Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda icazəli aksiyalarda xalqdan heç bir dəstək ala bilməyən Əli Kərimli və Cəmil Həsənli bu yolla - qanunsuz aksiya keçirməyə cəhd göstərməklə süni qarşıdurma görüntüsü yaratmaq və öz siyasi varlıqlarını “yada salmaq” istəyirlər.
O da qeyd olunmalıdır ki, hüquq-mühafizə orqanları sözügedən qeyri-qanuni aksiyanın qarşısını alıb və dağıdıcı qruplara Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verilməyib. Qanunsuz aksiyanın təşkilatçıları isə saxlanılaraq Səbail rayon polis idarəsinə aparılıblar.
Maraqlıdır ki, Ə.Kərimlinin bu siyasi şousu qısa zaman ərzində sosial şəbəkələrdə radikal ünsürlərin nəzarətində olan səhifələrdə paylaşılıb və sözügedən qeyri-qanuni aksiyadan sonra radikallar tərəfindən sosial şəbəkələrdə böyük “kampaniya” başladılıb, hətta polis idarəsinə yürüş etmək barədə çağırışlar edilib. Bu amil isə bir daha radikal ünsürlərin və onlara rəhbərlik edənlərin əsl niyyətlərini ortaya çıxarır. Əli Kərimlinin ətrafındakı kiçik qrupun sosial şəbəkələrdə yazdıqlarından məlum olur ki, onlar bu qeyri-qanuni aksiyanın “davamı” üçün də hazırlaşıblarmış. Daha doğrusu, bu amil “aksiyanın” əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü bir daha təsdiqləyir. Polisin qeyri-qanuni aksiyanın qarşısının alınmasında nəzakətli davranışı, radikal qrup üzvlərini və rəhbərlərini qanunun tələblərinə tabe olmağa dəvəti isə xüsusi vurğulanmalıdır. Azərbaycan polisi hər zaman olduğu kimi, bu dəfə də qeyri-qanuni aksiya iştirakçıları ilə yalnız qanun çərçivəsində davranıb. Əli Kərimlinin ətrafındakı sosial şəbəkə “qəhrəmanları”nın isə növbəti dəfə qanunun tələblərini yerinə yetirən polis əməkdaşlarına böhtan atması onların hansı mənəviyyata sahib olmasını nümayiş etdirir. Deyəsən, Əli Kərimlinin və digər radikalların öyməklə doymadığı bəzi Avropa ölkələrində polisin qeyri-qanuni aksiya iştirakçıları ilə necə “adekvat” davrandığını onlara növbəti dəfə xatırlatmağa ehtiyac var. Məsələn, Yunanıstanın paytaxtı Afinada qeyri-qanuni etiraz edən tələbələrin aksiyasını polisin zor tətbiq etməklə dağıtması, Fransada “Sarı jiletlilər” adı altında aksiya keçirənlərlə toqquşmada 409 nəfərin ağır şəkildə yaralanması və ya Londonda şəhərin əsas körpülərini blok etməyə çalışan etirazçıların yığışdıqları yerlərdən amansızlıqla dağıdılması faktları “yerli radikallar”ın Azərbaycan polisinə yanaşmada qərəzini bir daha ortaya qoyur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

