Azərbaycan müxalifətinin birləşib-ayrılma dramı
30.10.2009 [09:00]
ölkənin siyasi palitrasının bələdiyyə seçkilərinə hazırlaşdığı bir zamanda Azərbaycan müxalifətinin radikal qanadı ənənəvi birləşib-ayrılma dramının son pərdəsini yaşayır. Əslində, illərdən bəri ənənəyə çevrilmiş bu prosesin sonda nə ilə nəticələnəcəyi hər kəsə bəllidir. Bu gün də həmin prosesdə son akkordların vurulmasının şahidi oluruq.
Bu ilin mart ayında baş tutan ümumxalq səsverməsi (referendum) öncəsi bir sıra maraqlı xarici qüvvələrin sifarişi ilə radikal müxalifət tərəfindən yaradılan “Qarabağ və Respublika Uğrunda Hərəkat” adlı birliyin işinə rəsmi şəkildə xitam verilib. Təbii ki, hər hansı siyasi birliyin yaranması və sonradan dağılması əslində çox normal bir prosesdir. Azərbaycan müxalifətinin anormal hala çevirdiyi isə uğrunda guya mübarizə apardığı məqsədlərdir. Yəni, bu insanlar sona qədər dərk edə bilmədilər ki, onların pafosla adlandırdıqları hərəkatın adında olan hər iki istiqamət Azərbaycan xalqına məxsus anlamlardır. Azərbaycan artıq Respublikadır və Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində başda ölkə Prezidenti olmaqla hər bir Azərbaycan vətəndaşı mübarizə aparır. Yəni, müxalifət Qarabağ adını bu qədər cılızlaşdıraraq siyasi oyunlarda vasitəyə çevirməklə bir daha nəyə qadir olduğunu nümayiş etdirib.
Artıq bu hərəkat yoxdur. Səbəbi isə aydındır. Yalnız koorporativ maraqlara xidmət göstərən ayrı-ayrı adamların şəxsi əmlakına çevrilən bir neçə partiyanın birləşməsi təbii ki, qeyri-mümkündür. Digər tərəfdən, onların əmr verənlərinin fərqli olması və atdıqları addımlara görə fərqli qüvvələrdən göstəriş almaları faktı da müxalifətçilərin birlikdə olmasını qeyri-mümkün edir. Onu da deyək ki, daima şəxsi maraqlarını ölkənin mənafeyindən üstün tutan düşərgə təmsilçilərinin ayrılması da səssiz-küysüz ötüşmədi. Yenə də qarşılıqlı ittihamlar səsləndi, nəzarətlərində olan qəzetlərdə bir-birilərinə qarşı qara piar kampaniyalarına başlanıldı. Sonda isə Azərbaycan mətbuatının ən gülünc bir hadisəsi baş verdi - düşərgəyə məxsus iki qəzet bir-birlərindən yazmamaq üçün öhdəlik götürdülər.
Maraqlıdır ki, ayrılandan sonra belə, keçmiş dostlar bir-birlərinin ünvanına atmacalar atmaqdan çəkinmirlər. Bunun səbəbi bəllidir. Bələdiyyə seçkilərində heç bir uğura ümid etməyən həmin partiyalar və onların rəhbərləri hakimiyyət uğrunda sivil mübarizə aparmaq gücündə olmadıqlarını dərk etdikləri üçün digər müxalifət təşkilatlarını sıradan çıxarıb, düşərgə daxilində “söz sahibinə” çevrilmək və xaricdən gələn sifarişləri qəbul etmək arzusundadırlar. Bunun nəticəsidir ki, müxalifət düşərgəsindəki əksər partiyalar ciddi-cəhdlə digərlərini “hakimiyyətə işləyir” şəklində ittiham edir. Bu mənada yeni söz dueli ADP ilə Müsavat Partiyası arasında yaşanmaqdadır. Birincilərin rəhbəri Sərdar Cəlaloğlu Müsavat Partiyasını hərəkatı dağıtmaqda ittiham edib. Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı isə “səmimi müxalifət”lə hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Maraqlıdır, görəsən, Müsavat funksioneri səmimi müxalifət dedikdə nəyi nəzərdə tutur və ya bu partiyanın rəhbərliyi qarşısındakı partiya sədrinin səmimilik dərəcəsini nəyə əsasən hesablayır? Elə bu məntiqsiz fikirlərlə siyasi gündəmdə qalmaq istəyən düşərgə təmsilçiləri artıq öz taleləri ilə barışıb. Bu səbəbdəndir ki, onlar böyük siyasi hadisələrlə, seçki kampaniyaları ilə deyil, bu cür məntiqsiz, mənasız fikirlərlə gündəmdə qalmaq arzusundadırlar.
Müxalifətin nəzarətində olan qəzetlər isə hər zaman olduğu kimi, yenə, milli mənafedən başqa bütün maraqlara xidmət göstərdiklərini ortaya qoyur. Bir müddət öncə, futbol üzrə Dünya çempionatının seçmə oyunları çərçivəsində Türkiyə və Ermənistan milli komandalarının Bursa şəhərində keçirdikləri oyun zamanı Azərbaycan bayrağına qarşı edilən təhqiramiz davranışdan sonra AXCP sədri Əli Kərimli sanki qardaş ölkənin vəkili qismində etdiyi canfəşanlıqla seçildi. Hətta o, özünü reklam etmək və müəyyən mənada yeni “Sem dayı” tapmaq arzusu ilə bəzi yerinə düşməyən fikirlər səsləndirdi. Təbii ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq və əməkdaşlıq əbədidir. Amma AXCP sədrinin yersiz canfəşanlığının hansı mətləblərdən xəbər verdiyi hər kəsə gün kimi aydın oldu. ölkələr arasında yaranan anlaşılmazlığın çözülməsi və müqəssirlərin tapılıb cəzalandırılmasının ardından AXCP-nin nəzarətində olan mətbu orqan “Türk bayrağını qalib elan etdi”. Maraqlıdır ki, ad seçimi yenə də yanlışdır. Türk bayrağı dedikdə, bu qəzet hansı bayraqdan danışır, bu bəlli deyil. çünki Azərbaycanın üçrəngli bayrağı da bir Türk bayrağıdır. Əgər söhbət Türkiyə Cümhuriyyətinin bayrağından gedirsə, burada qalibiyyət və ya məğlubiyyət kimi ifadələrin işlədilməsi özü xalqlarımız arasına nifaq salmaqdan başqa heç bir məqsədə xidmət etmir.
Daha doğrusu, bu gün Azərbaycan ilə Türkiyə arasına nifaq salmaq, bu iki böyük Türk dövləti arasında soyuqluq yaratmaq istəyənlər, elə AXCP kimi qüvvələrdən istifadə etmək qərarındadır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

