/ / Deputat: Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi hesab edilir
Deputat: Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi hesab edilir
10.01.2019 [10:01]
Əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişafı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilərək ardıcıllıqla və böyük müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində 2018-ci ildə də ölkəmiz böyük nailiyyətlərə imza atıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.
Milli Məclisin deputatı bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlarımıza söykənən daxili və xarici siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənib, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqları təmin edilib, vətəndaşların rifah halının yüksəlməsinə nail olunub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət ölkəmizin regionda və dünyada tərəfdaşlarının sayını xeyli artırıb. Dövlətimizin başçısının yüksək diplomatik istedadı sayəsində 2018-ci ildə də ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirib. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. 2018-ci ildə də uğurla reallaşdırılan məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Ötən il Prezident İlham Əliyev 16 xarici səfər edib və ölkəmizə 16 dövlət və hökumət başçısı səfərə gəlib. Əlbəttə ki, bu, ikitərəfli əlaqələrimizin daha da inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamları xüsusi vurğulayaraq, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycanın uğurla fəaliyyət göstərdiyini bəyan etdi.
Sahibə Qafarova əlavə edib ki, Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşırlar.
“Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Avratlantik strukturlara inteqrasiya və digər məsələlərə yönəldilib. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”, - deyə Milli Məclisin deputatı S.Qafarova vurğulayıb.
Ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin qətiyyətli və prinsipial mövqeyini davam etdirdiyini xatırladan Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycanın bu məsələdə mövqeyi beynəlxalq hüququn tələblərinə söykənir: “Bu münaqişənin yalnız bir həlli yolu var. İşğal olunmuş torpaqlarımız azad edilməli, işğal faktı aradan qaldırılmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir daha vurğuladı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”.
Ötən il ölkəmizin tarixində bir sıra mühüm hadisələrin baş verdiyini xatırladan Milli Məclisin deputatı qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması, TANAP layihəsinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışı regional və beynəlxalq əməkdaşlığın, təhlükəsizliyin möhkəmləndirilməsində ölkəmizin aparıcı rolunun artmasının əyani təsdiqidir. “Bundan başqa, ötən il rəsmi Bakının təşəbbüsü ilə başlanan, mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafına xidmət edən “Bakı prosesi”nin 10 ili tamam oldu. Ötən il Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda isə bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yolları müzakirəyə çıxarıldı. VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu və digər mühüm tədbirlər bir daha Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, bəşəriyyəti narahat edən məsələlərdə mühüm rol oynamasının göstəricisidir”, - deyə Sahibə Qafarova qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

