/ / Vüqar Rəhimzadə: 25 ildir dəyişməyən dağıdıcı müxalifət çirkin niyyətlərinə çatmaq üçün hər yola əl atır
Vüqar Rəhimzadə: 25 ildir dəyişməyən dağıdıcı müxalifət çirkin niyyətlərinə çatmaq üçün hər yola əl atır
26.01.2019 [10:47]
Fəaliyyətlərinin bütün dövrlərində xalqa, dövlətə xəyanət edən, xarici anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən, ölkə daxilində dağıdıcılıqla məşğul olan ünsürlər “mitinq sevdası” ilə özlərinə təsəlli verməyə çalışırlar. Cəmiyyətdə sosial dayağı, nüfuzu olmayan radikallar hər dəfə mitinq keçirmək adı ilə üç-beş adamı öz ətraflarına toplayır, xarici havadarlarının verdiyi “tezislər” əsasında şüarlar səsləndirir, bununla da necə biabırçı gündə olduqlarını bir daha xalqa nümayiş etdirirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Dağıdıcı müxalifətin yanvarın 19-da keçirdiyi mitinqə münasibət bildirən V.Rəhimzadə qeyd edib ki, bu şou onların zəifliyini, xalq tərəfindən dəstəklənmədiyini sübuta yetirdi: “Radikalların əsl məqsədi nədir? Xalq, dövlət üçün nə isə etməkmi? Təbii ki, xeyr. Onların əsl məqsədi erməni lobbisi və anti-Azərbaycan qüvvələr tərəfindən gələn qrantlarla, eyni zamanda, “mühacir biznesi” ilə ciblərini doldurmaqdır. Bunun üçün xalq qarşısında min bir yalan deyir, min bir cildə, dona girirlər. Lakin 25 ildir dəyişməyən şüarlar, çıxışlar, mənasız və yalan vədlər artıq insanları bezdirib. Bir sözlə, radikal müxalifət “liderləri” bu Vətən üçün yaxşı heç nə vəd etmirlər”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dağıdıcıların əsas “missiyaları”ndan biri də sosial şəbəkələrdə “qəhrəmanlıq” etmək, real həyatda reallaşdıra bilmədiklərini virtual aləmdə həyata keçirməkdir: “Bu gün onların “fəal” olduqları sosial şəbəkələrdəki bəzi səhifələrdə 19 yanvar mitinqi “böyük qəhrəmanlıq” kimi qələmə verilir. Lakin insanları bu cür ağ yalanlarla çaşdırmaq mümkün deyil. Müşahidələr göstərir ki, 19 yanvar mitinqi hər zaman olduğu kimi, yenə də uğursuzluqla yadda qalıb. Özlərini və ətraflarındakı üç-beş nəfəri idarə edə bilməyən müxalif “liderlər”in dövlət idarəçiliyində təmsil olunmaq istəkləri, sadəcə olaraq, gülünc görünür”.
Vüqar Rəhimzadənin sözlərinə görə, dağıdıcılar öz çirkin niyyətlərinə çatmaq üçün hər yola əl atırlar: “Radikal müxalifət “liderləri” olan bu şoumenlər “xarici dayılar”ının sifarişlərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar xaricdən aldıqları sifarişləri həyata keçirilmək üçün Azərbaycanı Suriya, Liviya və digər vətəndaş qarşıdurması olan ölkələrin gününə salmağa belə hazırdırlar. Təbii ki, Azərbaycan dövləti və xalqı bu çirkin niyyətin baş tutmasına heç vaxt imkan verməyib və verməyəcək. Dağıdıcılar isə 25 ildir dedikləri yalanlara, verdikləri boş vədlərə yalnız özləri qulaq asmaq məcburiyyətində qalırlar”.
“İki sahil” qəzetinin baş redaktoru onu da bildirib ki, bu günlərdə xalqımız 20 Yanvar - Ümumxalq Hüzn Gününü qeyd etdiyi halda, dağıdıcıların Şəhidlər xiyabanına gələrək bu günü qeyd etmək əvəzinə, özbaşınalıq etmək, qarışıqlıq yaratmaq cəhdləri simasızlığın göstəricisidir. Onlar hüzn günündə siyasi şou yaradıb ictimai sabitliyi pozmaq cəhdləri ilə şəhidlərimizin ruhuna hörmətsizlik etmiş oldular. Azərbaycan xalqı şəxsi maraqlarına görə şəhidlərimizi alətə çevirməyə çalışan Əli Kərimliyə, onun ətrafındakı dağıdıcılara, “Milli şura”ya, Real partiyasına və radikal düşərgənin digər təmsilçilərinə yerini göstərəcək, onları lənətləyəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

