Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb
31.01.2019 [09:03]
Yanvarın 30-da Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə Patriarx seçilməsinin 10 illiyi münasibətilə Kirillə Azərbaycan xalqının, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təbriklərini çatdırıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan A.Paşazadə hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək deyib ki, bu baxımdan, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi bəlalara qarşı mübarizə aparmalıdırlar. Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən şeyxülislam Allahşükür Paşazadə dövlətlərimizin başçıları arasında səmimi dostluq əlaqələrinin olduğunu, bunun da din xadimlərinin daha yaxından qarşılıqlı əməkdaşlığına şərait yaratdığını vurğulayıb. O diqqətə çatdırıb ki, Azərbaycanda dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrin təmir və bərpa olunduğunu, yeni ibadətgahların tikildiyini söyləyən Şeyxülislam deyib: “Mən sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılsın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli Azərbaycana səfərə dəvət edib.
Rusiyanın Patriarxı Kirill bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə hər görüşə böyük əhəmiyyət verir və onun İslam aləmində əlaqələndirici rolunu yüksək qiymətləndirir. O deyib ki, bu görüşlər və əldə edilən razılaşmalar icmalarımız üçün olduqca əhəmiyyətlidir. Patriarx Allahşükür Paşazadənin Rus Pravoslav Kilsəsi ilə münasibətlərin inkişafında və dünyada, eləcə də Azərbaycanda dinlərarası sülhün dəstəklənməsində rolunu qeyd edib. O, Azərbaycanda dinlərarası münasibətlərə və Rus Pravoslav Kilsəsinin nümayəndəliyinə xoş münasibəti xüsusi diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Patriarx Kirill ümid etdiyini bildirib ki, bu çətin münaqişənin həll olunacağı vaxt gəlib çatacaq.
Patriarx Azərbaycanda 2017-ci ildə “İslam Həmrəyliyi İli”nin yüksək səviyyədə keçdiyini də vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20

