Livanın kütləvi informasiya vasitələri Xocalı soyqırımından yazır
26.02.2019 [08:53]
Livanın bir sıra kütləvi informasiya vasitəsi Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, “Menanews 24”, “Alseyasa”, “Arab voice”, “Morakeb” xəbər saytlarında verilmiş məqalələrdə ermənilərin Dağlıq Qarabağı işğal etmələrindən və mülki əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs olunub.
Yazılarda Azərbaycanın Xocalı şəhərinin tarixi, coğrafi və strateji mövqeyi barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi nəticəsində digər yaşayış məskənlərimiz kimi Xocalı şəhəri də erməni silahlı birləşmələri tərəfindən dağıdılıb. Şəhəri tərk etməyə çalışan mülki əhali ermənilər tərəfindən pusquya salınıb. Erməni silahlıları qadın, qoca və körpə uşaqlara qarşı vəhşilik edərək onları qətlə yetirib, cəsədlərini təhqir ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalıda 613 nəfəri qətlə yetirib, yüzlərlə mülki insanı ağır yaralayıb, 1275 nəfəri isə girov götürüblər. Girov götürülənlərin bir çoxu haqqında bu günə kimi heç bir məlumat yoxdur.
Məqalələrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının pislənildiyi, Xocalı faciəsinin Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti, Paraqvay parlamentləri tərəfindən beynəlxalq hüquq normaları müstəvisində tanındığı bildirilir. Habelə ABŞ-ın artıq 22 ştatının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələrin qəbul olunduğu diqqətə çatdırılır. Məqalələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kompaniyasının Xocalı həqiqətlərinin dünyada tanıdılması istiqamətində rolu qeyd olunub.
Bildirilir ki, Ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində Xocalı faciəsi hüquqi-siyasi qiymətini alıb. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll oluna biləcəyini dəfələrlə bildirib.
Qeyd edək ki, erməni diasporunun ən güclü olduğu ölkələrdən birinin məhz Livan olmasını nəzərə alsaq, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin bu ölkənin ictimaiyyətinə çatdırılması çox önəmlidir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

