Gürcüstan Prezidenti: Regionda ilk səfərimi Azərbaycana etdiyimə görə çox şadam
28.02.2019 [16:57]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov fevralın 27-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında münasibətlərdən danışan Oqtay Əsədov Azərbaycan-Gürcüstan əlaqələrinin çox qədim tarixə malik olduğunu deyib. Parlamentin sədri bildirib ki, əsrlər boyu ölkələrimiz və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri olub. Bu münasibətlər o dərəcədə inkişaf edib ki, müstəqilliyimizi bərpa edəndən sonra əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Prezident Salome Zurabişvilinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayan Oqtay Əsədov Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini deyən Milli Məclisin sədri bildirib ki, 2018-ci ildə ticarət dövriyyəmiz 580 milyon dollar olub. Biz şadıq ki, Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir. Biz çoxlu sayda biznes forumlar keçirmişik ki, bunların da iqtisadiyyatımızın inkişafına böyük töhfələri var.
Oqtay Əsədov əlavə edib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri də yüksək səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Sədr vurğulayıb ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.
Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident kimi regionda ilk səfərini məhz Azərbaycana etdiyinə görə şad olduğunu deyib. Dövlət başçısı bildirib ki, Gürcüstan ilə Azərbaycanın dostluğunun qədim tarixi var. Əsrlər boyu mövcud olan dostluq əlaqələrimiz indi də davam edir. 2018-ci ildə ölkələrimiz müstəqilliyinin 100 illiyini qeyd etdi. Ancaq bu yüz ildə xalqlarımız çoxlu faciələr də yaşayıb. Dost ölkələrimiz müstəqilliyini yenidən bərpa edərək onu daha da möhkəmləndirib. İndi bizim güclü ölkələrimiz var.
Gürcüstan Prezidenti bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi dövlətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərir.
Prezident Salome Zurabişvili Azərbaycanın təşəbbüsü və liderliyi, Gürcüstanın fəal iştirakı ilə reallaşan enerji layihələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, hər iki ölkənin əlverişli coğrafi mövqeyi nəzərdə tutulan proqramların həyata keçməsi üçün önəmli amillərdən biridir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47

