Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
05.03.2019 [10:08]
Əli Əhmədov: İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması, onlara diqqət və qayğının artırılması Azərbaycan Prezidentinin siyasətinin əsas qayəsini təşkil edir
Martın 2-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov 2019-cu ilin ölkəmiz üçün əhəmiyyətli il olacağını bildirib.
Başa vurduğumuz 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyən Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında və Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2014-2018-ci illər) icrasının yekunlarına həsr olunmuş konfransda ötən ilin nəticələrinə qiymət verib. Dövlətimizin başçısı ötən il iqtisadiyyatdakı inkişafı, eləcə də digər sahələrdəki uğurları qeyd edib və islahatların daha da dərinləşməsi ilə əlaqədar proqramları bəyan edib.
“Artıq bir neçə ildir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar həyata keçirilməkdədir. Bu islahatlar əsas etibarilə iqtisadi sferanı əhatə edir. Çünki ölkənin inkişafı, insanların həyatının təmin edilməsi iqtisadiyyatın inkişafı ilə bağlıdır. Məmnuniyyətlə demək olar ki, iqtisadi sahədə həyata keçirilən islahatlar öz bəhrələrini verməyə başlayıb. Bunun əsasında yaradılan bazaya uyğun olaraq islahatlar artıq sosial sferada da genişləndirilir. 2019-cu ilin başlanğıcından etibarən Azərbaycan Prezidenti sosial sfera ilə bağlı əhəmiyyətli sərəncamlar imzalayıb. Bu sərəncamlar əsasında insanların sosial həyatının yaxşılaşdırılması ilə əlaqədar çox ciddi tədbirlər görülüb. Minimum əməkhaqqının 180 manata çatdırılması çox ciddi addımdır. Bu artım 600 min insanın əməkhaqqına təsir edəcək. Eləcə də minimum pensiyanın artırılması, müxtəlif müavinətlərin, tələbələrin təqaüdünün, məcburi köçkünlər üçün aylıq müavinətlərin artırılması, şəhid ailələrinə qayğı və s. addımlar çox vacib sosial proqramlardır. Bütün bunların hamısı Azərbaycan dövlətinin sosialyönümlü fəaliyyətinin mahiyyətini ifadə edir, dövlətin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını göstərir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması, onlara diqqət və qayğının artırılması Azərbaycan Prezidentinin siyasətinin əsas qayəsini təşkil edir. Təbii ki, bütün bu işlərin 2019-cu ildən etibarən geniş şəkildə reallaşması, geniş sosial proqramların həyata keçirilməsinə başlanması bir tərəfdən Azərbaycan hökumətinin sosialyönümlü fəaliyyətini əks etdirirsə, digər tərəfdən Prezidentin iqtisadi islahatlarının öz bəhrəsini verdiyini sübuta yetirir. Əgər bu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı daha da güclənməsəydi, bu sosial layihələri reallaşdırmaq imkanı olmazdı. Amma əldə olunan nəticələr ondan xəbər verir ki, Azərbaycan dövləti öz üzərinə götürdüyü sosial öhdəlikləri layiqincə yerinə yetirib. Digər tərəfdən, islahatlar artıq öz bəhrəsini verir. Və bu hökumətə imkan yaradır ki, sosial məsələlərin həll edilməsi üçün daha böyük vəsaitlər ayırsın. Beləliklə, ölkəmizdə həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edir”, - deyə Əli Əhmədov vurğulayıb.
YAP Sədrinin müavini deyib ki, 2019-cu ildə sosial sferada həyata keçirilən islahatlar və sosial siyasət bunlarla yekunlaşmayacaq. Onun sözlərinə görə, bundan sonra da sosial qayğıya ehtiyacı olan təbəqələr dövlət tərəfindən yenə də diqqət mərkəzində olacaq. Mümkün qədər onların həyatının yaxşılaşması üçün addımlar atılacaq: “Yeni Azərbaycan Partiyası olaraq biz hökumətin bu siyasətini geniş ictimaiyyət arasında təbliğ etməliyik. İnsanlarımız Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin sosial mahiyyətini aydın şəkildə dərk etməlidir. Bu siyasətin mərkəzində insan amili dayanır. Digər tərəfdən, həyata keçirilən islahatlar dövlətin qüdrətini artırır. Bundan sonra da islahatların həyata keçirilməsi sayəsində iqtisadiyyatımız daha da möhkəmlənəcək, dövlətin iqtisadi qüdrəti daha da artacaq və dövlət vətəndaşların rifahının yüksəldilməsi istiqamətində atacağı addımları daha da genişləndirəcək”.
Müşavirədə Əli Əhmədov partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyələrini verib.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10

