/ / Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
20.03.2019 [10:51]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün facebook səhifəsində (https://www.facebook.com/Ali.C.Ahmadov/posts /302733670416195?__tn__=K-R) “Prezidentin humanistliyi və Əli İnsanova verilən şans” sərlövhəli yazısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son əfv Sərəncamı və nəticələri barədə mövqeyini ifadə etmişdir. yap.org.az saytı Əli Əhmədovun “Prezidentin humanistliyi və Əli İnsanova verilən şans” sərlövhəli məqaləsində toxunduğu mövzunun aktuallığını və siyasi yükünü nəzərə alaraq öz oxucu auditoriyasına təqdim edir:
Açığını deyim, azadlıqdan məhrum edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovun Prezidentin əfv Sərəncamına salınması mənim üçün tamamilə gözlənilməz oldu. Sonrakı müşahidələrim göstərir ki, onun azadlığa çıxmasına belə reaksiya tək mənə mənsub deyil. Çoxları bu cür düşünür. Söhbət əsla qeyri-humanistlikdən getmir və gedə bilməz. Hər bir azərbaycanlı hörmətli Prezident İlham Əliyevin humanizmini yüksək qiymətləndirir, o cümlədən Onun müxtəlif dövrlərə təsadüf edən çoxsaylı əfv aksiyalarına böyük dəyər verir. Dövlət başçısının humanist dəyərlərə sahib olması, həqiqətən, əvəzolunmaz nemətdir və insanlar onun böyük faydasını görürlər. Xalqımızın əziz bayramı Novruz ərəfəsində yüzlərlə ailənin sevincinin qazanılması məhz elə Prezidentin böyük humanizminin nəticəsidir. Elə adam tapmaq mümkün deyildir ki, böyük əfv Sərəncamına görə Prezidentə minnətdarlığını ifadə etməsin. Çünki törətdiyi əməllərə görə qanuni əsaslarda azadlıqdan məhrum edilmiş insanları əfv etmək müstəsna olaraq Prezidentin səlahiyyətindədir. Elə buna görə də kimliyindən, siyasi düşüncəsindən və s. baxışlarından asılı olmayaraq azadlığa çıxanların hamısı Prezidentin humanist addımını lazımınca qiymətləndirə bildi. Daha doğrusu, malik olduğu insani keyfiyyətləri nümayiş etdirmiş oldu.
Lakin bir nəfər istisnadır. Keçmiş səhiyyə naziri Əli İnsanov azadlığa çıxan kimi ona azadlığı bəxş etmiş Azərbaycan Prezidentinə təşəkkür etmək əvəzinə, fərqli ünvanlara üz tutmağa üstünlük verdi. Beləliklə də, adi mənəvi insani dəyər anlayışına formal da olsa əməl etməyə lüzum görmədi. Prezidentin böyük humanizmi əvəzində, sadəcə, minnətdarlıq etmək kimi insani borcunu ödəməyi bacarmadı. Əlbəttə, bu da bir əxlaqdır və açığını deyim, heç də müsbət keyfiyyət kimi qiymətləndirilə bilməz. Məsələnin mahiyyətinə gəldikdə, mənim bildiyimə görə, əsl həqiqət bundan ibarətdir ki, keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa çıxarılmasını, onun özünün dediyinin tam əksinə olaraq, heç bir beynəlxalq təşkilat xahiş etməyib və bu mənada onun bəzi xarici dövlətlərə və beynəlxalq təşkilatlara minnətdarlıq etməsi, yumşaq desək, tamamilə yersizdir. Korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda suçlanaraq azadlıqdan məhrum edilən birisini müdafiə etmək heç bir beynəlxalq təşkilatın ağlına belə gəlməz. Əli İnsanovun azadlığa çıxması məhz elə haldır ki, o, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və böyük humanizmi sayəsində reallaşıb. Bunu bilməmək, qiymətləndirməmək nəinki səhvdir, həm də hesab edirəm ki, böyük qəbahətdir. Onu da qeyd edim ki, bu fikri çoxları bölüşür.
Əli İnsanov hər dəfə ciddi suçlarına görə qanunla cəzasını alıb. Mən onun əməllərinə hüquqi qiymət vermək istəmirəm. Hüquqi qiymət məhkəmə tərəfindən verilir. Ancaq onun suçunun mənəvi tərəfi də var. Bunun da adı Heydər Əliyev yoluna xəyanətdir. Azadlığa çıxan kimi verdiyi bəyanatlar deməyə əsas verir ki, o, əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır. Heydər Əliyev yoluna sadiq olan insanlar bu xəyanəti ona bağışlamırlar və heç zaman bağışlamayacaqlar.
Əli İnsanovun digər səhvi özünü qərbi azərbaycanlıların ağsaqqalı elan etməsidir. Açığı, sözügedən çoxsaylı toplum heç zaman onu özünə ağsaqqal seçməyib. Zamanında qərbi azərbaycanlıların lideri Heydər Əliyev idi, indi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan xalqının lideri sözügedən toplumun da şəksiz lideridir. Qərbi Azərbaycan əsilli insanlar Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər, Onu qətiyyətlə müdafiə edirlər, yolunda və uğrunda hər cür fədakarlıq göstərməyə hazırdırlar. Bir də ki, o insanlar mövqeyini, dövlətə və dövlətçiliyə bağlılığını heç zaman dəyişmirlər və dəyişmək fikrində deyillər. Xırda hisslər, cılız ambisiyaçılıq onlara xas deyil və heç zaman xas olmayıb. Onlar üçün ən böyük sevinc və mənəvi qida mənbəyi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da çiçəklənməsi, qüdrətinin artması, insanların rifahının yaxşılaşmasıdır.
Prezident İlham Əliyev böyük humanistliyini göstərdi. Növbədə Əli İnsanovun Prezident humanistliyinin mahiyyətini və miqyasını dərk etməsidir. Prezidentin əfvi Əli İnsanov üçün ciddi şansdır. Bu şansı necə qiymətləndirmək onun işidir. İstərdik ki, Əli İnsanov olub-keçənlərdən düzgün nəticə çıxarsın. Vaxtilə dəfələrlə sədaqət andı içdiyi və onu yüksək dövlət postuna - səhiyyə naziri vəzifəsinə təyin etmiş Heydər Əliyevin xatirəsinə hörmət əlaməti olaraq Onun məzarını ziyarət edib, çiçəklər qoysun. Xalqımızın çoxəsrlik ənənəsinə uyğun olaraq onun belə bir hərəkəti Novruz bayramında çox yerində olardı.
Xəbər lenti
Hamısına baxAnalitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50

