/ / Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20.03.2019 [11:11]
Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində 7-ci “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” simpoziumu keçirilib. Ənənəvi olaraq hər il Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən simpozium Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan Forumu, Almaniya Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Simpoziumu giriş sözü ilə Alman-Azərbaycanın Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer açıb.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələrini, sülh prosesinin gedişini, Ermənistanın sülh danışıqlarında nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi diqqətə çatdırıb, eləcə də Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi alqışlayıb və bu ölkəni münaqişənin həllinə daha fəal surətdə töhfə verməyə çağırıb.
Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir bu əlaqələrin tarixi və cari vəziyyəti barədə məlumat verib, Almaniyanın Federal Kansleri Angela Merkelin ötən ilin avqustunda ölkəmizə səfərinin münasibətlərə yeni dinamika verdiyini vurğulayıb. Azərbaycanın Almaniyanın regiondakı əsas iqtisadi tərəfdaşı olduğunu qeyd edən səfir Almaniya Kanslerinin səfəri zamanı onun və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iş adamları ilə keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə dair konkret ideya və layihələrin irəli sürüldüyünü bildirib.
Sonra Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət məsələləri üzrə sədr müavini Yohan Vadeful çıxış edib. O, Almaniya Kanslerinin Azərbaycana səfərinin nəticələrini təhlil edib, iki ölkə arasında yaxşı münasibətlərin olduğunu qeyd edib, Azərbaycanı etibarlı enerji tərəfdaşı adlandırıb. Münaqişə mövzusuna toxunan alman deputat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal edildiyini vurğulayıb. O, həmçinin ölkəmizin nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini və bu mövqedən istifadə edərək beynəlxalq nəqliyyat layihələrinin reallaşması üçün fəal əməkdaşlıq etdiyini qeyd edib.
Tədbirdə çıxış edən Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert simpozium iştirakçılarını Almaniya hökuməti adından salamlayıb. Xocalı faciəsinin günahsız qurbanlarını yad edən alman diplomat münaqişənin həllinin eyni zamanda Xocalı qurbanları qarşısında bir məsuliyyət olduğunu və Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü olaraq danışıqlar prosesini dəstəklədiyini bildirib. O, münaqişəni regionun inkişafı üçün maneə adlandırıb və onun həllinin gətirəcəyi iqtisadi üstünlüklərə toxunub. M.Zibert, həmçinin Azərbaycan-Almaniya münasibətləri barədə danışıb, müxtəlif sahələrdə olan dinamik əlaqələri vurğulayıb. O, Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi dövlət qurduğunu və ölkəmizin dünyada qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri olduğunu qeyd edib.
Daha sonra tədbir Alman-Azərbaycan Forumunun sədr müavini, Bundestaqın keçmiş deputatı Helqa Daubun aparıcılıq etdiyi panel müzakirələrlə davam edib.
Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Tomas Barays iki ölkə arasında müxtəlif sahələrdə intensiv dialoq aparıldığını alqışlayıb. Alman şirkətlərinin Azərbaycandakı fəaliyyətinin XIX əsrə gedib çıxan tarixi barədə məlumat verən dövlət katibi Azərbaycan və Almaniya arasındakı tərəfdaşlığın ildən-ildə inkişaf etdiyini diqqətə çatdırıb. Tomas Barays Almaniya Kanslerinin Azərbaycana səfəri zamanı müzakirə edilmiş mövzular, ölkələrimiz arasında enerji, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri barədə məlumat verib. O, Azərbaycanda investisiya mühitinin getdikcə daha yaxşı olduğunu diqqətə çatdırıb və ölkənin Dünya Bankının sonuncu “Doing Business” hesabatında 32 pillə irəliləməsini vurğulayıb.
Bundestaqın Sosial-Demokratlar Partiyasının (SPD) xarici siyasət üzrə sözçüsü Nils Şmit seçildiyi Baden-Vürtemberq federal torpağının Azərbaycanla 200 illik tarixə söykənən əlaqələri barədə məlumat verib. O, Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı, iqtisadi əməkdaşlıq strategiyasına töhfələrini yüksək qiymətləndirib. Eləcə də ölkəsinin Azərbaycanla həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın müstəqillik tarixi, son 25 ildə əldə olunmuş nailiyyətlər və keçilmiş uzun inkişaf yolu barədə məlumat verib. O, əraziləri işğal olunmuş, bir milyon qaçqın və məcburi köçkünü olan gənc dövlətdə aparılmış ağıllı siyasətin nəticəsində qısa müddət ərzində yoxsulluğun 50 faizdən 4 faizə endirildiyini, savadlılıq səviyyəsinin 100 faizə çatdırıldığını, əhalinin 80 faizdən artığının internetə sərbəst çıxışının təmin edildiyini, maliyyə resurslarında şəffaf idarəetmənin tətbiq olunduğunu, “ASAN xidmət” vasitəsilə səmərəli sosial xidmətlər göstərildiyini, ölkəmizdə multikulturalizm və dini tolerantlıq mühitinin hökm sürdüyünü diqqətə çatdırıb. Hikmət Hacıyev Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin Azərbaycan və digər ölkələrin iqtisadi və sosial həyatına, regional əməkdaşlığa, iştirakçı dövlətlər arasında siyasi dialoqa, eləcə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunan şöbə müdiri münaqişənin yalnız mərhələli şəkildə həll edilməsinin mümkün olduğunu və ilkin mərhələdə Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və doğma yurdlarından qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıtmasının zəruri olduğunu qeyd edib. O, Ermənistanın bu münaqişə ilə özünü regionda təcrid vəziyyətinə saldığını və regional layihələrdən kənarda qaldığını diqqətə çatdırıb.
Nüfuzlu alman jurnalist Rixard Kissler özünün işğal altında olan torpaqlarımıza, o cümlədən Xocalı şəhərinə səfərindən danışıb, həmin ərazilərdə dağıntı və səfalətin hökm sürdüyünü diqqətə çatdırıb. Kissler Xocalı hadisələri zamanı dinc azərbaycanlı əhalinin erməni silahlı qüvvələri tərəfindən pusquya salınaraq atəş altına alınması, Azərbaycanın mədəni və dini abidələrinin, o cümlədən məscidlərin viran edilməsi barədə məlumat verib. Jurnalist, həmçinin Ermənistanın yeni baş nazirinin verdiyi populist bəyanatların münaqişənin həlli prosesinə nikbinliklə yanaşmaq üçün yer qoymadığını qeyd edib.
Boxum Rur Universitetinin beynəlxalq hüquq üzrə professoru Yoaxim Hayntse Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi qanunsuz fəaliyyətə hüquqi qiymət verib. O, işğal olunmuş ərazilərdə etnik təmizləmə və əhalinin köçürülməsi yolu ilə demoqrafik vəziyyətin dəyişdirilməsi, eləcə də həmin ərazilərinin təbii sərvətlərinin istismar edilməsinin mövcud beynəlxalq hüquq normalarına görə cinayət hesab olunduğunu diqqətə çatdırıb. Alman alim Azərbaycanın kosmosdakı peykləri vasitəsilə sözügedən qanunsuz əməlləri izləmək iqtidarında olduğunu bildirib.
Tədbirdə yekun nitq söyləyən Azərbaycanın fəxri konsulu, keçmiş dövlət katibi Otto Hauzer Azərbaycan və Almaniya arasında cari əməkdaşlıq imkanlarından və perspektivlərdən danışıb.
Tədbirdə Bundestaqın deputatları, Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Almaniyanın Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının nümayəndələri, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycan diasporunun təmsilçiləri və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

