Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirir
03.04.2019 [09:42]
Ölkəmiz təşkilatın məqsəd və məramlarının təşviq olunmasına əsaslı töhfələr verir
Azərbaycanın milli maraqlar əsas götürülməklə həyata keçirdiyi ardıcıl xarici siyasət beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün respublikamız bütün dünyada regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən, xalqlar və ölkələr arasında etimad mühitinin möhkəmlənməsinə çalışan dövlət kimi tanınır. Qlobal miqyasda Azərbaycana inamın artmasının nəticəsidir ki, son illərdə respublikamız mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Əlamətdar haldır ki, Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə bir qayda olaraq özünün yüksək standartlarını müəyyənləşdirir.
Son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər sırasında 2018-ci il aprelin 3-6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransının önəmini də xüsusi qeyd etmək lazımdır. Konfransda dünyanın müasir mənzərəsinə nəzər salındı, ayrı-ayrı regionlarda müşahidə olunan proseslərdən, təhlükəsizliyə yaranan təhdidlərdən narahatlıq ifadə olundu, Yer kürəsində dialoq və həmrəylik mühitinin möhkəmləndirilməsinə çağırış edildi.
Müstəqil Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir
Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını getdikcə artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilat hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. Prezident İlham Əliyev yuxarıda bəhs etdiyimiz konfransın açılış mərasimində söylədiyi nitqində Qoşulmama Hərəkatının dünyada sülh və təhlükəsizliyin bərqərar olmasında oynadığı mühüm rolu yüksək dəyərləndirib. “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Respublikamız ilk vaxtlarda Qoşulmama Hərəkatında müşahidəçi statusunda iştirak edib. Azərbaycan hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayında təşkilata üzvlüklə bağlı müraciət edib. 16 mart 2011-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-Yorkda keçirilən Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılıb. Bəhs olunan islasda Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü məsələsinin təşkilata üzv dövlətlərin nazirlərinin görüşünün gündəliyinə salınması razılaşdırılıb. Beləliklə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilib.
Həmin tarixdən etibarən Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirir. Respublikamız Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin yuxarıda bəhs olunan toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirir
Qoşulmama Hərəkatı təşkilata qısa üzvlük tarixində Azərbaycana hərtərəfli dəstək göstərib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi zamanı ölkəmizə böyük dəstək verdiklərini yüksək qiymətləndirərək deyib: “Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz bu ailəyə 2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu. Bu, 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdi və biz tərəfdaşlarımızın güclü dəstəyini hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin rəqiblər təşkilatımıza üzv olmayan ölkələr idi. Seçilməyimiz üçün 16 raund tələb olundu və biz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı”.
Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı həmçinin Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirir. Məlumdur ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin bütün dünyada qəbul edilən hüquq normaları çərçivəsində, yəni ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə nail olmaq üçün müxtəlif beynəlxalq platformalarda məqsədyönlü iş aparır. Belə məqsədyönlü fəaliyyətin nəticəsidir ki, indiyədək BMT TŞ-nin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, GUAM-ın və digər təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə olunub. Avropa İttifaqının 2018-ci ildə Brüsseldə imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləməsi və ilk dəfə olaraq “Tərəfdaşlıq prioritetləri” sənədində sərhədlərin toxunulmazlığı məsələsinin qurum tərəfindən xüsusi qeyd edilməsi strateji əhəmiyyətə malikdir. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduqca mühüm məqamdır.
Eyni zamanda, Qoşulmama Hərəkatı da son vaxtlarda Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırması üçün əlverişli bir platformaya çevrilib. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli yanaşma Qoşulmama Hərəkatının fundamental prinsipləri ilə üst-üstə düşür. Yeri gəlmişkən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı özünün qəti mövqeyini Qoşulmama Hərəkatının ötən il aprelin 3-6-da Bakıda keçirilən konfransında bir daha nəzərə çatdırıb. Respublikamızın bu məsələdə mövqeyi birmənalıdır - Ermənistan ordusunun işğal etdiyi ərazilər BMT TŞ-nin qəbul etdiyi dörd qətnamənin tələblərinə uyğun olaraq qeyd-şərtsiz geri qaytarılmalı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Deyilənlər baxımından Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda qəbul olunan Bakı Bəyannaməsi də böyük aktuallıq daşıyır. Sənəddə beynəlxalq münasibətlər çərçivəsində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə təhdidindən çəkinməyə çağırış yer alıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

