/ / Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, ilk növbədə, vətəndaşların maraqlarına xidmət edir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, ilk növbədə, vətəndaşların maraqlarına xidmət edir
09.04.2019 [09:47]
Baş nazirin müavini Əli Əhmədov Sabirabad şəhərində Azərbaycanda sosial sahədə uğurla həyata keçirilən islahatlara həsr olunmuş regional müşavirədə iştirak edib
Əli Əhmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dinamik inkişafını təmin edib və bu gün ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır
Aprelin 6-da Sabirabad şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə uğurla həyata keçirilən islahatlara həsr olunmuş regional müşavirə keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov və Milli Məclisin bir qrup deputatı müşavirədə iştirak ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Sabirabad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə çox uğurla həyata keçirilən, ilk növbədə, ölkə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlardan söz açıb. Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində ölkəmizdə təqaüdlərin 116 manatdan 160 manata, yəni 38 faiz artması nəticəsində 300 min vətəndaşın həyatında müsbətə doğru dəyişiklik baş verib: “Eyni zamanda, bu və ya digər xarakterli müavinət, güzəştlər alan əhali təbəqələri ciddi şəkildə say etibarı ilə çoxalıb. Büdcə vəsaitlərinin ciddi şəkildə artımı nəticəsində Azərbaycan əhalisinin əhəmiyyətli kəsimi, xüsusilə aztəminatlı hissəsinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar çox ciddi işlər həyata keçirilib. Hesab edirik ki, görülən işlər sosial problemlərin həlli istiqamətində Azərbaycanda çox ciddi addımların atılmasından xəbər verir”.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən davamlı islahatlar ilk növbədə vətəndaşların maraqlarına xidmət edir. Baş nazirin müavini həyata keçirilən Dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində reallaşan böyük infrastruktur layihələrinin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, bu gün Azərbaycan vətəndaşının sosial təminatı əhəmiyyətli dərəcədə yüksəlib, insanların sosial rifah halı müqayisəolunmaz dərəcədə dəyişib, bütün bunlarla paralel olaraq, Azərbaycanın siması da tanınmaz şəkildə yenilənib. Nəzərə çatdırılıb ki, bu gün Azərbaycanda görülən böyük işlər, hökumət-vətəndaş münasibətləri, xüsusilə son zamanlar imzalanmış Sərəncam və fərmanlar bir daha sübut etdi ki, Prezident İlham Əliyev hər zaman ölkə vətəndaşının yanındadır.
Baş nazirin müavini Əli Əhmədov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dinamik inkişafını təmin edib və bu gün ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Əli Əhmədov qeyd edib ki, insanların sosial həyatının, həyat səviyyəsinin, bütövlükdə ölkədə həyat səviyyəsinin artırılmasının vacib istiqamətlərindən biri insanların işlə təmin edilməsidir: “Burada da qeyd edildiyi kimi, Sabirabadda da bu istiqamətdə çox böyük işlər görülür, bütövlükdə Azərbaycanda son 15 il ərzində insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır. İnsanların həyatının yaxşılaşdırılması Azərbaycan dövlətinin, ölkə Prezidentinin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir”.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının Nazim İsmayılov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev, YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pətiyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov mövzu ilə bağlı çıxış ediblər.
Qeyd edək ki, müşavirədə Yeni Azərbaycan Partiyasının Mil-Muğan bölgəsi üzrə rayon təşkilatlarının fəalları, eləcə də Sabirabad rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

