Səməd Seyidov: Məruzələr ölkələrə təzyiq göstərmək üçün siyasi vasitəyə çevrilir
12.04.2019 [09:59]
Məruzəçiyə ikiqat təşəkkür etmək istərdim. Birincisi, bütün ölkələri, xüsusilə də Avropa Şurasına üzv olan ölkələri əhatə edən cinayətkarlıq, çirkli pulların yuyulması, qeyri-qanuni iqtisadi fəaliyyətlərə qarşı mübarizə aparmaq kimi vacib məsələ ilə bağlı məruzə hazırlayıb.
İkinci təşəkkürüm isə məruzənin tərtibatına görədir. Cinayətkarlığa qarşı mübarizə elə təqdim olunub ki, onu siyasiləşdirmək, ona siyasi don geyindirərək ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək mümkünlüyü verilib.
Bu fikirləri AŞPA-nın yaz sessiyasında hollandiyalı deputat Mart van de Veninin hazırladığı “Landromat - mütəşəkkil cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara münasibət” adlı məruzə ilə bağlı çıxışında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib. O, məruzənin vacibliyini qeyd edərək, onun siyasiləşdirilməsinə təəssüfünü bildirib.
Qeyd edib ki, bu gün bütün ölkələr bir-biri ilə əlaqədədir. “Landromat” mexanizmi Avropada kəşf edilib, Estoniyada yaradılıb və müxtəlif ölkələrdə tətbiq olunub. Bu problemin əsil səbəbi onu icad edib yaradanlardadır. Bu baxımdan bu problemlə bağlı təkcə bu məruzədə adı çəkilən ölkələrdə deyil, məhz digər “korekt” üzv ölkələrdə də araşdırılmalıdır. Yalnız belə halda bu məruzə obyektiv ola bilər və bu cür cinayətkarlara qarşı ədalətli mübarizə apara bilərik.
“Təəssüflər olsun ki, bu təşkilatda bəziləri bir çox böyük dövlətlərin adını səsləndirməkdən çəkinirlər, çünki qorxurlar. Böyük dövlətlərdə belə araşdırmalar apara bilməzlər. Avropa İttifaqının bəzi ölkələrində belə araşdırmalar aparmağa cürət etmirlər. Məhz buna görə də, bu məruzə tənqid olunur. Çünki qorxu əsasında yazılmış məruzə obyektiv ola bilməz. Heç kim, heç bir ölkə mükəmməl deyil. Ancaq barmağı bir ölkəyə tuşlayıb, onun üzərində durmaq mənfi nəticələrə səbəb olaraq, təşkilatı daha dərin böhranlara sürükləyəcək”, - deyə S.Seyidov diqqətə çatdırıb və deputatları obyektiv olmağa çağırıb.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

