/ / Türkiyənin “Ülke TV” kanalı dövlətimizin başçısının yenidən Prezident seçilməsinin bir illiyi ilə bağlı reportaj yayımlayıb
Türkiyənin “Ülke TV” kanalı dövlətimizin başçısının yenidən Prezident seçilməsinin bir illiyi ilə bağlı reportaj yayımlayıb
12.04.2019 [10:04]
Türkiyənin nüfuzlu “Ülke TV” kanalında dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir illiyi ilə bağlı reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin seçicilərin 86 faizinin səsini qazanaraq yenidən dövlətimizin başçısı seçilməsi türkdilli tamaşaçıların diqqətinə çatdırılıb.
Reportajın əvvəlində bir il əvvəl Azərbaycanda yaşanan seçki həyəcanından bəhs olunub. Sonra “Ötən bir il ərzində nələr oldu. Prezident İlham Əliyev hansı yolu qət etdi” sualı ətrafında telereportyorun hazırladığı efir materialı təqdim edilib.
Reportajda diqqətə çatdırılıb ki, 2003-cü ildə Azərbaycan xalqının dəstəyini qazanan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının 3 dəfədən çox artmasına nail olub. Ötən dövrdə Azərbaycanda 12 min 300 kilometr avtomobil yolu çəkilib, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb, valyuta ehtiyatlarımız 23 dəfə artaraq 45 milyard dollara çatıb, 2 milyon yeni iş yeri yaradılıb.
Qeyd olunub ki, ölkədə bütün sahələr üzrə uğurlu islahatlara başlanılıb. Bunun nəticəsidir ki, Dünya Bankının son hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb.
Prezident İlham Əliyevin xalqın arasında olması xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirilib. Qeyd olunub ki, ölkəni rayon-rayon gəzən Prezident vətəndaşlarla görüşür, insanları dinləyir, onlarla səmimi söhbətləşir. Şəhid ailələri ilə birbaşa təmasda olan Prezident İlham Əliyev onların hər biri ilə ünsiyyətdə olur, onları dəstəkləyir və problemlərini həll edir.
Sonra dövlətimizin başçısının son bir ildəki fəaliyyətinə nəzər salınıb. Vurğulanıb ki, bu müddət ərzində ölkədə 118 min yeni iş yeri açılıb, işsizliyin aradan qaldırılması üçün əsaslı zəmin yaradılıb. İki peykə sahib Azərbaycan ötən il üçüncü peykini də orbitə çıxarmağa nail olub.
Reportajda Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlardan da bəhs edilərək bildirilib ki, təkcə bir həmlə ilə Naxçıvanın Günnüt kəndi Ermənistanın işğalından azad olunub və 11 min hektar ərazi düşməndən təmizlənib.
Reportajda, həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrini, paytaxt Bakının müasir görkəmini əks etdirən görüntülər yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

