Bakı UEFA Avropa liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi etdi
05.06.2019 [08:40]
Madriddə keçirilən Çempionlar Liqasının final oyununa təşkilatçılıq isə bir sıra problemlərlə yadda qaldı
Məlum olduğu kimi, son bir neçə gün ərzində idmansevərlər Avropanın iki nüfuzlu futbol yarışmasının final matçlarını izlədilər. Azərbaycanın paytaxtı Bakıda UEFA Avropa Liqasının, İspaniyanın paytaxtı Madrid şəhərində isə Çempionlar Liqasının final oyunları baş tutdu. Ekspertlər hər iki matç öncəsi və oyun ərəfəsində müşahidə edilənlərin müqayisəsini aparmaqla belə bir qənaət ifadə edirlər ki, paytaxt Bakıda final matçının təşkili bütün parametrlər üzrə daha səviyyəli olub. Bu reallığı daha dəqiq ifadə etmək üçün bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, mayın 29-da Azərbaycanın paytaxtı Bakı UEFA Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi. İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi. Belə ki, Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena oldu.
Onun sözlərinə görə, final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi: “Dünya mediası növbəti dəfə Azərbaycanın müsbət reallıqlarından yazdı, paytaxt Bakı bir daha bütün dünyanın nəzərində oldu. Beləliklə, final matçının Bakıda keçirilməsi ilə bağlı spekulyasiyaları ortaya atan dairələrin bütün iddiaları alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər. Həmin qərəzli qüvvələrin dezinformasiya yaymasına, manipulyasiyalara yol verməsinə baxmayaraq, ölkəmizə final matçını seyr etmək üçün kifayət qədər azarkeş gəldi, paytaxtımızdakı idman bayramının iştirakçısına çevrildi. Eyni zamanda, hava limanında hər hansı problem yaşanmadı, hotellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu. Yəni Azərbaycan bu möhtəşəm idman tədbirinə uğurla ev sahibliyi etməklə növbəti dəfə mühüm nailiyyətin altına imza atmış oldu. Bakıdan fərqli olaraq isə Madriddə keçirilmiş final matçında təşkilatçılıqla əlaqədar çoxsaylı problemlər yaşanıb, dünya mediası ciddi nöqsanları diqqətə çatdırıb. Belə ki, oyun ərəfəsində saxta bilet satanlar peyda olub və ispan polisi bu şəxsləri həbs edib. Bununla yanaşı, turistlər otellərdə qiymətlərin bahalığından şikayətləniblər, hətta bəzi insanlar başqa bölgələrdə kirayə ev tutmaq məcburiyyətində qalıblar. Müşahidə olunan nöqsanlar bununla bitmir. Oyun ərəfəsində Madriddə böyük tıxaclar yaşanıb və insanlar məhdudiyyətlərlə qarşılaşıblar. Hətta bəzi bileti olanlar belə stadiona daxil ola bilməyiblər. Bir sözlə, UEFA Çempionlar Liqasının finalı gözlənildiyi kimi, yüksək təşkilatçılıq şəraitində baş tutmayıb. Azərbaycanın uğurlarını gözü götürməyən, erməni və ermənipərəst qüvvələrin dəstəyi ilə hərəkət edən dairələr nədənsə “Madrid finalı” ilə bağlı baş verən neqativ hadisələr qarşısında susqunluq nümayiş etdirirlər. Bakıda keçirilən möhtəşəm finalı gözdən salmaq üçün dəridən-qabıqdan çıxan bu ünsürlər Madriddə baş verənlərə heç cür bəraət qazandıra bilmirlər. Bütün bunlara rəğmən dünya ictimaiyyəti bir daha şahid oldu ki, Bakı Avropanın futbol şəhərlərindən heç də geri qalmır, hətta onlardan daha üstündür”.
“Bakıda keçirilən UEFA Avropa liqasının final mərhələsi ərəfəsində başda erməni lobbisi olmaqla ona dəstək verən və Azərbaycanı gözü götürməyən bəzi dövlətlərin, qüvvələrin, o cümlədən də daxildə olan radikal qüvvələrin Azərbaycana qarşı növbəti şər, böhtan kampaniyasına başlanılmışdı. Onlar iddia edirdilər ki, Bakıya gəlib-getmək, burada otel tapmaq çox çətindir, bahadır, guya ölkəmizdə insan haqları tapdalanır və s. Təbii ki, onlar absurd iddialarla çıxış edirdilər. Çalışırdılar ki, Bakıda keçiriləcək final mərhələsinin üzərindən qarayaxma kampaniyası aparsınlar və Azərbaycan dövlətinin nüfuzuna zərbə vursunlar. Lakin Azərbaycan bu möhtəşəm idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etməklə növbəti dəfə mühüm nailiyyətə imza atdı”. Bu fikirləri isə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Bakıdan fərqli olaraq UEFA Çempionlar Liqasının final oyununun keçirildiyi Madriddə isə təşkilatçılıq və digər məsələlərlə bağlı çoxsaylı problemlər yaşanıb. Onun sözlərinə görə, hər iki oyunun arasında olan üç gün müddət ərzində oyunların nəticəsi onu göstərdi ki, Bakı futbol şəhəri sayılan Madriddən təşkilatçılıq baxımından qat-qat üstün oldu: “Birincisi, ölkəmizə gəlib-gedən qonaqlar, azarkeşlər, UEFA nümayəndələri burada yaradılmış bütün şəraitdən tamamilə razılıqla qayıtdılar. Amma biz Madriddə gördük ki, polislə o klubların azarkeşləri arasında qarşıdurmalar oldu. Hətta biz gördük ki, otellər, futbol oyununa biletlər o qədər baha idi ki, ora gəlib-gedən bəzi fanatların yalnız futbol oyununa bilet almağa pulları çatırdı. Bəzi fanatlar Madrid şəhərinin küçələrində gecələməli olurdular. Bu reallıqlar və müqayisələr bir daha təsdiqləyir ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsi üçün böyük təcribəyə malik olan təhlükəsiz, inkişaf edən ölkədir. Azərbaycan çox tolerant və qonaqpərvər bir ölkədir. Ölkəmizə gələn hər bir insana qarşı burada çox böyük diqqətlə yanaşılır. Madriddə isə bunlar tamamilə əksinə oldu”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

